Müdrik partnyor olmağın əlamətləri - 3 variant

MARAQLI
23:51 / 08.12.2025
31

Həqiqətən də müdrik partnyor olmağın əlamətləri çox vaxt sözlərdə deyil, sakitliyə, qeyri-müəyyənliyə və ya emosional fasilələrə necə reaksiya verməyinizdə üzə çıxır.

Hit.az xəbər verir ki, bunu "Psychology Today" üçün yazan psixoloq Mark Travers yazıb. 

Onun sözlərinə görə, ağıllı partnyorlar hər əhval dəyişikliklərini şəxsi təhdid kimi qəbul etmir, vəziyyətə bir addım geridən və daha geniş bucaqdan baxmağı bacarırlar. Psixologiyada bunu depersonalizasiya bacarığı adlandırırlar; bu, digər insanların davranışlarını daim özümüzlə əlaqələndirdiyimiz personalizasiyanın əksidir.

Bu yanaşmanın əsas xüsusiyyətlərindən biri — öz düşüncələrini yoxlamaq bacarığıdır. Ağıllı partnyor başa düşür ki, beyin bəzən reallığı təhrif edə bilər və buna görə də hər emosional reaksiyaya kor-koranə güvənmir. Koqnitiv çeviklik sayəsində o, nəticə çıxarmazdan əvvəl baş verən hadisə üçün bir neçə mümkün izahı nəzərdən keçirə bilir. "Current Psychology" jurnalında dərc olunmuş tədqiqat göstərib ki, bu bacarıq təkcə münaqişələri azaldırmır, həm də münasibətlərdə yaxınlığı gücləndirir.

Daha bir əlamət — reaksiya verməzdən əvvəl özünü sakitləşdirmək bacarığıdır. Partnyorun uzaqlaşdığı hissi yarananda bədənimiz panika ilə reaksiya verə bilər, lakin fiziki siqnallara (gərginlik, nəfəsalma, bədən duruşu) diqqət etmək nəzarəti bərpa etməyə kömək edir. Ağıllı insanlar yalnız bədən tam sakitləşəndə cavab verməyi öyrənirlər.

Üçüncü göstərici — partnyoru öz daxili dünyası olan ayrıca bir insan kimi görə bilməkdir. Psixoloqlar bunun adını mentalizasiya qoyur; yəni günahı və ya niyyəti orada olmadığı halda partnyora aid etməmək bacarığı. Bu, "birləşmə"nin qarşısını alır — bir partnyorun duyğularının və narahatlıqlarının avtomatik olaraq digərinə keçməsi halını. Emosional cəhətdən yetkin insanlar anlayırlar ki, empatiya özünü itirmədən diqqətli şəkildə həmsərhəng olma qabiliyyətidir, birləşmə isə deyil.

Samir
 

0