Uşaqlar Şaxta babanın varlığına niyə inanmır?

MARAQLI
20:57 / 17.12.2025
42

Əvvəlki nəslin uşaqları nağıl qəhrəmanlarının varlığına inanır, onu teatr səhnələrində izləməyə can atırdılar.

Hazırda isə vəziyyət bir qədər fərqlidir. Belə ki, bu günümüz üçün aktual olan yeni ildir ki, onun qəhrəmanı olan Şaxta baba, qar qızının varlığına indi uşaqlar elə də inanmırlar. 

Psixoloq Könül İsmayılova Hit.az-a. deyib ki, uşaqlar möcüzə inanır: 

“Uşaq Şaxta Babaya məktub və hədiyyə siyahısına inandığı müddətcə ona mane olmaq lazım deyil, sadəcə kömək etmək lazımdır. Onu böyüdüyü anı siz hiss edəcəksiniz və böyük ehtimalla Şaxta Baba və digər şeylər barədə o, sizdən öyrənməyəcək, çünki uşaq həm də sosial təsir subyektidir. Bu isə o deməkdir ki, hər nəsildə möcüzəvi qəhrəmanlar var, onlar dəyişir və məhz sosial əhatədə uşaq bu trendləri "tutur", bölüşdürür və onlara əməl edir. Bizim dövrdən fərqli olaraq bu gün uşaqların həyata gərçək baxması normaldır. Zaman da məhz onu tələb edir. Dövrümüz internet dövrü olduğu üçün uşaqların daha məlumatlı olması, gerçək baxması qəbul ediləndir. Çünki onların kənar mühiti alqılaması daha tezdir. Ona görə də onlar gerçəklikləri daha tez qəbul edirlər".

Sevinc
 

0