Müasir ofislərin gizli böhranı: "Kabus böyüməsi"nin reallığı

MARAQLI
14:20 / 18.12.2025
47

İş dünyasında son dövrlərdə tez-tez səslənən “Kabus böyümə” (Ghost Growth) anlayışı, işçilərin bağlılığını təhdid edən sistemli bir problem kimi diqqət çəkir. Bu vəziyyət işçilərə unvan dəyişiklikləri və ya maaş artımı verilmədən daimi yeni məsuliyyətlər yüklənməsini ifadə edir.

HİT.az-ın məlumatına görə, "MyPerfectResume" tərəfindən aparılan tədqiqat göstərir ki, işçilərin 66%-i şirkətlərin özlərinə qarşı bir “inkişaf teatrı” sərgilədiyini düşünür. "Elkin Consultancy"nin qurucu CEO-su Elif Elkin bildirir ki, bu vəziyyət, karyerasında irəlilədiyini düşünən, amma əslində yerində sayan işçilərin etimadını sarsıdır. Tədqiqat iştirakçılarının 53%-i isə xaricdən baxıldığında karyeralarının yüksəldiyini görsələr də, şəxsi inkişaf hissi yaşamadıqlarını bildirir.

Məlumatlar bu ədalətsizliyin cinslər arasında fərqli olduğunu göstərir. Qadınların 47%-i maaş və ya vəzifə artımı olmadan əlavə iş yükü daşıyarkən, kişilərdə bu nisbət 40%-də qalır. Elif Elkin qeyd edir ki, korporativ rifah (well-being) idman zalı üzvlüklərindən çox ədalət hissi ilə qurula bilər və bu hiss pozulduqda yan üstünlüklərin təsiri itir.

Əlavə və qarşılığı ödənilməyən məsuliyyətlər, işçilərdə yanma (burnout) riskini artırır. Mütəxəssislər bildirirlər ki, şirkətlər yalnız müvəqqəti həllər, məsələn, psixoloji sağlamlıq izni vermək əvəzinə, şəffaf mədəniyyət yaratmalıdır. Elif Elkinə görə, həqiqi inkişaf dörd əsas sütun üzərində qurulur: yüksək maaş, aydın karyera yolu, iş-həyat balansı və bacarıq qazandıran strukturlu təlimlər. Əks halda şirkətlər ən istedadlı işçilərini “səssizcə” itirmək riski ilə üzləşə bilər.

Samir


 

0