Yeni il yolkasına hansı oyuncaqlar taxılmamalıdır?

MARAQLI
23:10 / 18.12.2025
41

Yeni il ərəfəsində yolka-şam ağacına hansı oyuncaqların asılması müzakirə olunur.

Hit.az xəbər verir ki, tələbatın artdığı bir zamanda bazarlarda, yarmarkalarda müxtəlif ölçüdə, formada istənilən oyuncağı əldə etmək mümkündür. 

Lakin unutmaq olmaz ki, satılan oyuncaqların böyük qismi  keyfiyyətsiz, ucuz mallardır ki, bu da təhlükə deməkdir.

Düzgün seçilməyən keyfiyyətsiz oyuncaqlar uşaqlarda allergik və digər xəstəliklərin yaranmasına, sinir sisteminin pozulmasına səbəb ola bilir.

Yolka və oyuncaqlar əllə sürtülən zaman rəng verirsə, pis qoxu gəlirsə, bu zaman mütləq şəkildə həmin oyuncaqlardan imtina edilməlidir.

Yolkanın bəzədilməsində pambıq və digər tezalışan materiallardan hazırlanan aksesuarlardan istifadə məsləhət deyil. 

Sevinc

0