İnsanlar niyə qaranlıqdan qorxur?

MARAQLI
20:20 / 24.12.2025
42

Qaranlıqdan qorxusu demək olar ki, əksər insanda müşahidə olunur.  

Nə qədər qəribə olsa da, yetkin insanlar da qaranlıqdan qorxur, işığı yanılı qoyub yatır, işıq yanmayan otağa tək girməyə qorxurlar. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaqlıq qorxuları şüuraltında çox dərində qalır və çox qəribə, gözlənilməz anlarda üzə çıxır: 

"Bəzi hallarda qaranlıqdan qorxan adam qaranlıqda qalanda ətrafındakı obyektləri görə bilmir. Görə bilmədiyi üçün də təxəyyülündə qorxulu vəziyyətlər canlanmağa başlayır. O, reallıqda olmayan şeyləri görməyə başlayır. Bir növ hallüsinasiya kimi. Qaranlıqdan qorxunun səbəbləri müxtəlif olduğu kimi onunla mübarizə yolları da müxtəlifdir. Bəzi insanlar qaranlıqda qeyri-adi nəsə görə biləcəklərindən qorxurlar. Onlara elə gəlir ki, indicə qaranlıqda nəsə baş verəcək. Ona görə də onlar qaranlıqdan qaçırlar. Çox vaxt belə adamlar qaranlıqda gözlərini yumur və tək qalmaq istəmirlər".  

Sevinc

0