Qara pişiyin keçməsi insanın taleyini dəyişir?

MARAQLI
22:36 / 06.01.2026
138

Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bu insanlar özlərinə çox qapalı biri olurlar: 

"İnsanlar həyatda bütün səddləri, çətinlikləri müxtəlif əlamətlərlə deyil, öz sağlam düşüncəsi və dərrakəsi ilə aşa bilərlər! Əgər insan əvvəlcədən "pis bir şey olacaq" deyə düşünürsə, sonradan baş verən hər hansı adi hadisəni həmin inancla əlaqələndirir. Bu isə özünü doğruldan proqnoz mexanizmidir.

İnsanın batil inancların olmasına səsəb uşaqlıqdan eşidilən inancların şüuraltına yerləşməsi, pis hadisələri xatırlayıb yaxşıları unutmaq və daimi narahatlıq hissidir.

Qısaca, qara pişiyin keçməsi insanın taleyini dəyişmir, amma insanın ona yüklədiyi məna davranışını və əhvalını dəyişə bilər".

Sevinc

0