Qışda satılan meyvə tərəvəz ziyanlıdır?

MARAQLI
21:35 / 07.01.2026
127

Yanvar ayı olmasına baxmayaraq, marketlərdə mövsümü olmayan meyvə-tərəvəzlərə rast gəlirik.

Bu sırada çiyələk, alça, pomidor, xiyar, badımcan və s. qeyd etmək olar. 

Qida eksperti Leyla Sarıyeva Hit.az-a deyib ki, müxtəlif tərəvəzlərin istixanalarda, xüsusi iqlim mühitində yetişdirilməsi adi hal alıb: 

"Yay mövsümündə yeyilən qidalarla qışda marketdə satılanlar arasında fərq böyükdür. Konservantların, süni iqlim şəraitində yetişdirilən məhsulların, genetik modifikasiyaya uğramış meyvə-tərəvəzlərin çəkisi bu gün rasionda artmaqdadır. Əlbəttə, bunlar orqanizmdə öz izini qoyur".

Sevinc
 

0