Televizorlar rəqəmsal əyləncə dünyasının müzakirəsiz lideri olaraq qalır. Xüsusilə "Netflix" kimi böyük platformaların məzmun kitabxanalarını hər gün genişləndirməsi, bizi ekrana daha çox bağlayır. Lakin bu vəziyyət vacib bir sual yaradır: Televizoru saatlarla, bəzən bütün gün açıq saxlamaq cihazın ömründən nə qədər götürür?
HİT.az xəbər verir ki, görünüşdə yalnız bir ekran açıq kimi görünə bilər, amma arxa planda həm texniki yorğunluq, həm də ciddi enerji sərfi baş verir. Televizorunuzu söndürmədikdə baş verənlərə və diqqət yetirməli olduğunuz detallara baxırıq…
İç təminatı və panel yorğunluğu
Televizorunuzu bir kompüter kimi düşünə bilərsiniz; içində prosessorlar, enerji modulları və mürəkkəb dövrə lövhələri yerləşir. Cihaz uzun saatlar işlədikdə bu hissələr isinərək zamanla performans itirir. Xüsusilə enerji kartları və əsas prosessor lövhələri davamlı istiliyə məruz qaldıqda ömürləri qısalır və müəyyən müddət sonra dəyişdirilməli nasazlıqlar yaranır.
Əsl narahatlıq doğuran isə ekran panelinin özüdür. Televizoru 7/24 açıq saxlamaq, LCD və ya OLED panelin ömrünü sürətlə azaldır. Xüsusilə OLED ekranlarda “burn-in” (ekran yanması) riski hələ də aktualdır. Müasir televizorlar bu vəziyyəti əngəlləmək üçün müxtəlif texnologiyalarla gəlsə də, uzun müddətli testlər pikselərin bir müddət sonra yorulduğunu və ekranda qalıcı izlər buraxdığını göstərir.
Enerji sərfi və artan fakturalar
Məsələ yalnız cihazın sıradan çıxması deyil, həm də cibinizdən çıxan puldur. Televizorun sərf etdiyi enerji modeli və ölçüsünə görə 50–200 vatt arasında dəyişir. Gündə orta hesabla üç saat açıq qalan bir televizor illik fakturada nisbətən az təsir göstərir, lakin bu müddəti 8–10 saata çıxardıqda rəqəmlər sürətlə artır.
Üstəlik, yalnız televizoru nəzərə almaq kifayət deyil. Bir çox istifadəçi televizoruna qoşulu səs sistemləri, smart TV qutuları və ya oyun konsolları ilə eARC/ARC texnologiyasından istifadə edir. Bu, televizoru açıq saxladığınızda ona bağlı bütün əlavə cihazların da aktiv enerji sərf etdiyi deməkdir. Ay sonunda elektrik fakturasındakı gözlənilməz artımın səbəbi, əslində baxmadığınız halda açıq qalan o ekran ola bilər.
İzləmirsinizsə, söndürmək ən yaxşısıdır
Televizorunuzun ömrünü uzatmaq və lazımsız xərclərdən qaçmaq üçün sadə bir qayda kifayətdir: Əgər aktiv olaraq qarşısında deyilsinizsə, ekranı söndürmək ən sağlam yoldur. Pikselərin dincəlməsi və dövrələrin soyuması üçün cihazınıza “nəfəs almağa” imkan vermək, onu illər boyu problemsiz istifadə etmənizi təmin edir.
Samir


