Tarixdə bu gün: Kimlər gəldi, kimlər getdi?

MARAQLI
14:54 / 13.01.2026
121

Tarixdə bu gün baş verən hadisələr bir növ keçmişlə günümüz arasında körpü rolunu oynayır.

Hit.az bildirir ki, tarix sadəcə keçmişin xatirəsi deyil, bugünümüzün kökü, sabahımızın isə yol xəritəsidir. Çünki tarixdə baş vermiş hər bir hadisə özü ilə yaddaş və yaxud da dərs daşıyır. Sanki tarix bu günün səhifələrində iz qoyan hadisələrlə gələcəyə işıq tutur. 

Beləliklə, 13 yanvar tarixində Azərbaycanda və dünyada nələrlə yadda qaldığına birlikdə nəzər salaq. İlk növbədə bildirək ki, 13 yanvar bəzi ölkələrdə “Köhnə Yeni il” kimi qeyd olunur. Ölkəmizdə də bəzi şəxslər bugünü bayram ab-havasında keçirirlər. 

1992-ci ilin bugünü Azərbaycan baş leytenantı, Milli Qəhrəman Mehdi Abbasov vəfat edib. 1994-cü ilin 13 yanvar tarixində isə Milli Qəhrəman İsrafil Şahverdiyev dünyasını dəyişib. Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti Rauf Denktaş və türkiyəli əfsanəvi futbolçu Lefter Küçükandonyadis gün aramızdan ayrılıb.

Bir az da doğumlara nəzər salaq. Sabiq prokuror Zakir Qaralov 1956-cı ilin 13 yanvar tarixində dünyaya gəlib. Həmçinin, məşhur aparıcı Xoşqədəm Hidayətqızının da doğum günü bugünə təsadüf edir. Aparıcı 1974-cü ildə dünyaya göz açıb. 

Xaricdə isə 1909-cu ildə Gürcüstanın teatr rəssamı Simon Virsaladze, 1937-ci ildə gürcü aktrisa Ariadna Şengelaya,1975-ci ildə amerikalı siyasətçi Endrü Yan, 1977-ci ildə ingilis aktyor Orlando Blum, 1980-ci ildə yapon futbolçu Akira Kaci 13 yanvarda dünyaya gəlib.

Pərviz

0