Tarixin səhifələrini vərəqləməyə davam edirik.
Bu dəfə tarixin 14 yanvar səhifəsindəyik. Digər günlərdə olduğu kimi bu gündə də bir çox mühüm hadisə yaşanıb.
Hit.az 14 yanvarda yaşanmış tarixi hadisələri təqdim edir:
Əvvəlla, bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Dünya Məntiq Günü kimi qeyd olunur. Bundan başqa, Gürcüstanda Bayraq Günü, Özbəkistanda isə Vətən Müdafiəçisi Günüdür.
Bu gün ölkəmiz üçün də bir çox əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, 1982-ci ildə Şuşada Vaqif türbəsinin açılışı keçirilib. 1992-ci ildə Azərbaycanla qardaş Türkiyə arasında diplomatik əlaqələr qurulub. Həmin ildə Bolqarıstan da Azərbaycanın müstəqilliyini tanıyıb.
Teatr rejissoru Tofiq Kazımov 1923-cü ilin, ssenarist Nadejda İsmayılova 1936-cı ilin, geoloqu Xoşbəxt Yusifzadə 1930-cu ilin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1960-cı ilin, Almas İldırım isə 1952-ci ilin 14 yanvar tarixində dünyaya gəlib.
Dünyada isə 14 yanvarda 1919-cu ildə İtaliyanın sabiq baş naziri Culio Andreotti, 1925-ci ildə yapon yazıçısı Yukio Mişima, 1963-cü ildə amerikalı rejissor Stiven Soderberq, 1965-ci ildə Çeçenistanın əfsanəvi səhra komandiri Şamil Basayev doğulub.
Təəssüf ki, bu tarixdə vəfat edən şəxsiyyətlər də çoxdur. Belə ki, 1926-vı ildə Osmanlı sultanı VI Mehmed, 1972-ci ildə Danimarka kralı IX Frederik, 1999-cu ildə aktrisa Barat Şəkinskaya, 2003-cü ildə müğənni Mirzə Babayev, 2022-ci ildə isə sabiq nazir Fərrux Zeynalov, və kinorejissor Ramiz Əliyev dünyasını dəyişib.
Pərviz

