Filmdən gələn təhlükəli trend: Minlərlə insan xəbərsiz şəkildə evinə ölümcül zəhər gətirir

MARAQLI
21:36 / 15.01.2026
49

Animasiya dünyasının sevilən istehsalı Zootopia 2, kinoteatrlarda yaratdığı şən atmosferin əksinə, real həyatda olduqca təhlükəli bir trendlə nəticələnib.

Hit.az xəbər verir ki, filmdə səsləndirməsini Ke Huy Quanın etdiyi, “Gary De'Snake” adlı sevimli və mehriban mavi ilan xarakteri, izləyicilər arasında qısa müddətdə fenomenə çevrilib.

Lakin bu populyarlıq, Gary-nin real həyatda ekvivalenti olan İndoneziya ilanı üçün nəzarətsiz tələbi ortaya çıxarıb. Ekspertlər, “sevimli animasiya xarakteri” etiketi ilə satılan bu canlıların əslində ölümcül risklər daşıdığı barədə ictimaiyyəti ciddi şəkildə xəbərdar edir.

Xüsusilə filmin böyük uğur qazandığı Çində, etik qaydaları nəzərə almayan ev heyvanı satıcıları sosial media və onlayn platformalar vasitəsilə bu ilanları satmağa başlayıb. Təhlükəsizlik məhdudiyyəti olmadan, təxminən 1800 Yuan kimi aşağı qiymətlərlə satılan bu ilanlar, “Zootopia"dakı mavi ilanla eyni” şüarı ilə uşaqlara və təcrübəsiz heyvansevərlərə təqdim olunur. Lakin ekspertlər vurğulayır ki, bu ilan təbii olaraq dişlidir və yeni başlayanlar üçün tam kabusdur.

“Mən belə birini evimdə saxlamaram”

İndoneziya ilanı, elmi adıyla Trimeresurus insularis, Cənub-Şərqi Asiyaya xas, cəlbedici mavi rəngi ilə diqqət çəkən, lakin son dərəcə zəhərli bir növdür. Asclepius Yılan Isırığı Fondunun direktoru Dr. Nicklaus Brandehoff, bu ilanların yaşadıqları mühit pozulduqda hücuma meyilli olduqlarını vurğulayır. Brandehoff bildirir:
“Bu mütləq başlanğıc səviyyəli ilan deyil. Peşəkar təlimçi olmağıma baxmayaraq, mən belə bir növü evimdə saxlamaram.”

Bu ilanlar pusuda ov edərək yaşayır və insanla əlaqəni yalnız “yemləmə vaxtı” olaraq qəbul etdikləri üçün hər cür yaxınlaşmanı hücum fürsətinə çevirirlər.

İnternet üzərində nəzarətsiz satışlar yalnız alıcıların həyatını deyil, ekosistemi də təhdid edir. Tələbin artması səbəbindən qanuni istehsal fermaları kifayət etməyincə, qaçaq ovçular həssas qorunan ərazilərdən vəhşi ilanlar toplamağa başladılar. Bu vəziyyət həm növün nəsli üçün təhlükə yaradır, həm də vəhşi təbiətdən gələn, daha hırçın heyvanların evlərə daxil olmasına səbəb olur.

Üstəlik, bu ilan üçün xüsusi bir panzehir yoxdur; səhv müalicə və ya panzehirə çatmamaq hallarında toxuma itkisi və güclü qanaxmalar qaçılmaz olur.

İngiltərə kimi ölkələrdə bu cür ilanların saxlanması ciddi lisenziya və nəzarət şərtlərinə bağlı olsa da, sosial medianın sərhəd tanımayan təsiri ekspertləri narahat edir. Bir filmin təsiri ilə xəbərsiz şəkildə alınan ekzotik heyvanlar, qısa müddət sonra baxımı mümkün olmadığından ya tərk edilir, ya da pis şəraitdə əziyyət çəkir.

Ekspertlərin “Gary” fanlarına mesajı aydındır: bir ilanı sevmək üçün plyuş oyuncaqlara üstünlük verin, gerçək və zəhərli bir engereklə həyatınızı riskə atmayın.

Samir
 

0