Tarixin 15 yanvarında nələr yaşanıb?

MARAQLI
16:16 / 15.01.2026
100

Tarixin bu günündə 15 yanvarda baş vermiş hadisələrə nəzər salacağıq.

Hit.az bildirir ki, bu tarixdə də bir çox tanınmış şəxs dünyaya gözlərini açıb, bir çoxu isə vəfat edib. Həmçinin, bəzi yadda qalan hadisələr də baş verib. 

İlk olaraq ölkəmizlə başlayaq. Təqvimlərin 15 yanvarı göstərdiyi 1992-ci ildə Avstriya Azərbaycanın müstəqilliyini rəsmən tanıyıb. 1997-ci ilin bugünü isə Azərbaycan və Kosta-Rika arasında diplomatik əlaqələr qurulub. Yaxın tarixdə isə 2021-ci ilin 15 yanvarında Şuşada Bayraq Meydanının açılışı olub. 1942-ci ilin 15 yanvarında sənətşünas Bayandur Mehdiyev, 1994-cü ilin eyni günündə şəhid baş leytenant Əlisahib Ələkbərov dünyaya gəlib.

Dünyada isə bu gün 1902-ci ildə türk şair Nazim Hikmət, 1918-ci ildə Misirin keçmiş prezidenti Camal Əbdül Nasir, 1929-cu ildə amerikalı insan haqları müdafiəçisi Martin Lüter Kinq, 1981-ci ildə amerikalı repçi Pitbull və 1991-ci ildə ispan futbolçu Mark Bartra doğulub. 

15 yanvarda vəfat edənlər:
1984-cü ildə Kipr Respublikasının vitse-prizenti Fazıl Kiçik, 2007-ci ildə şair Nəbi Xəzri, 2013-cü ildə pianoçu Cahangir Qarayev vəfat edib. Onu da qeyd edək ki, aktrisa Çimnan Sultanovanın həm doğum, həm də ölüm günü bugünə təsadüf edir. Belə ki, 1982-ci ilin 15 yanvarında dünyaya gələn aktrisa ötən ilin eyni günündə vəfat edib.

Qeyd: Bu gün həm də Türkiyənin əfsanəvi serialı “Kurtlar Vadisi”nin başlamasının üzərindən 23 il keçir. Unudulmaz ekran işinin ilk bölümü 15 yanvar 2003-cü ildə “Show TV”-də yayımlanıb.

Pərviz

0