Başqa güllər nə qədər incə, zərifdirsə, qərənfil o qədər dözümlü, mətindir.
Bir damla su illərlə yaşamağına bəs edər. Ancaq nədənsə qərənfil yas, matəm gülü sayılır. 1990-cı ilin 20 Yanvar günündə qərənfil məmləkətimizdə matəm rəmzinə çevrildi.
Qərənfil həm milli, həm də şəxsi sədaqətin, azadlıq uğrunda mübarizənin, məhəbbət və qəhrəmanlığın simvoludur. 20 Yanvar – Qara Yanvar faciəsinin anım günündə Bakıda və Azərbaycanın digər şəhərlərində minlərlə qərənfil şəhidlərin məzarına düzülür.
Qərənfil burada milli qürur, itirilən canların vətən uğrunda fədakarlığının ən dərin simvolu sayılır. İllər, əsrlər keçsə də, Azərbaycanda kimsə sevgilisinə qərənfil verməyəcək. Bir zamanlar sevginin rəmzi gülü sayılan qərənfil illərdir yaşlı, qəmli gözlərin gülünə çevrilib.
Sevinc


