Tarixin 19 yanvarı...

MARAQLI
16:47 / 19.01.2026
97

Tarixin vərəqlərində 19 yanvar səhifəsinə keçid edirik.

Hit.az bu tarixdə Azərbaycan və dünyada baş verən ən mühüm hadisələri təqdim edir.

Xalqımızın ən böyük faciələrindən biri ilə başlayırıq. 19 yanvar 1990-cı ildə Sovet İttifaqı qoşunları Bakı və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı hücuma keçdilər. Növbəti gündə isə əsrin ən böyük faciələrindən biri yaşandı. Azərbaycan tarixinə “Qara Yanvar” kimi düşən 20 yanvar günündə Sovet Ordusu qoşunlarının vəhşiliyi nəticəsində 131 nəfər həlak oldu, 744 nəfər yaralandı, 4 nəfər isə itkin düşdü...

19 yanvar tarix ölkəmiz üçün ilklərlə də yadda qalıb. Belə ki, 1992-ci ildə İslandiya Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə isə Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr qurulub. 

19 yanvarda doğulanlar:
1965-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şamoy Çobanov, 1984-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, mayor İlqar Orucov, 1986-cı ildə isə şəhid baş leytenant Fərid Əhmədov dünyaya gəlib. 

Həmçinin, 1873-cü ildə maarifçi Həmidə Məmmədquluzadə, 1931-ci ildə aktyor Aydın Şahsuvarov doğulub. 

Dünyada isə bu gün 1809-cu ildə amerikalı yazıçı-şair Edqar Allan Po, 1903-cü ildə alman bəstəkar Boris Blaxer, 1868-ci ildə avstriyalı yazıçı Qustav Meyrink, 1934-cü ildə fransız aktrisa Rita Renuar və a1943-cü ildə merikalı müğənni Cenis Coplin dünyaya gözlərini açıb. 

19 yanvarda vəfat edənlər:
1629-cu ildə Səfəvilər dövlətinin hökmdarı I Abbas, 1887-ci ildə rus şair Semyon Nadson, 1980-cı ildə Azərbaycan və Türkiyə generalı Səməd bəy Rəfibəyli, 1997-ci ildə meyxanaçı Nizami Rəmzi, 2000-ci ildə amerikalı aktrisa Hedi Lamarr, 2002-ci ildə braziliyalı Vava, 2007-ci ildə qazaxıstanlı müğənni Murat Nasırov dünyasını dəyişib.

Pərviz

0