Tarixin 21 yanvarı...

MARAQLI
17:00 / 21.01.2026
110

21 yanvarda tarixdə çox mühüm hadisələr baş verib. Həmçinin, bu tarixdə bir çox tanınmış şəxs dünyaya gəlib, bəziləri isə aramızdan ayrılıb.

Hit.az bildiri ki, bu tarixdə baş verən hadisələr Azərbaycan tarixində dərin iz buraxan, cəmiyyətin yaddaşına ağrı və mübarizə ruhu ilə həkk olunan günlərin davamı kimi xatırlanır. 

Bir gün öncə yaşanan faciəli olayların nəticələri məhz bu tarixdə daha aydın hiss olunmuş, itkilərin miqyası və baş verənlərin mahiyyəti xalq üçün tam mənası ilə üzə çıxmışdı. Ona görə də bizim üçün 21 yanvar tarixi də həm matəm, həm də milli birliyin, ədalət və azadlıq uğrunda iradənin gücləndiyi bir gün kimi tarixdə qalır.

Bu gün nələrlə yadda qalıb?
1732-ci ilin bu günü Səfəvilər dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi imzalanıb. 1992-ci ilin eyni günündə isə Azərbaycan, İsveçrə və Lixtenşteyn arasında diplomatik əlaqələr qurulub. 2014-ci ilin bu günü də Gəncədə Heydər Əliyev Park-Kompleksi açılıb. Dünyada isə 1911-ci ilin 21 yanvarında ilk dəfə Monte Karlo Rallisi keçirilib. Bundan başqa, Efiopiya milli futbol komandasının Afrika Millətlər Kubokunu qazanması da 1962-ci ilin bugününə təsadüf edir.

21 yanvarda dünyaya gələnlər:
1829-cu ildə İsveç və Norveç kralı II Oskar, 1898-ci ildə İran şahı Əhməd şah Qacar, 1907-ci ildə tarixçi Əlisöhbət Sumbatzadə, 1917-ci ildə kimyaçı Abbas Çayxorski, 1924-cü ildə şair Azad Talışoğlu və bəstəkar Şəfiqə Axundova, 1950-ci ildə xalq şairi Zəlimxan Yaqub, 1985-ci ildə rus model Saşa Pivovarova, 1997-ci ildə amerikalı müğənni Ceremi Şeda doğulub.

21 yanvarda vəfat edənlər:
1774 -cü idə Osmanlı sultanı III Mustafa, 1793-cü ildə Fransa kralı XVI Lüdovik, 1870-ci ildə rus filosofu Aleksandr Herzen, 1924-cü ildə SSRİ-nin qurucusu Vladimir Lenin, 1934-cü ildə iranlı şair Arif Qəzvini, 1950-ci ildə ingilis yazıçı Corc Oruell, İngiltərə yazıçısı, 2000-ci ildə bəstəkar Süleyman Ələsgərov, 2008-ci ildə opera müğənnisi Lütfiyar İmanov, 2011-ci ildə isə ədəbiyyatşünas Abbas Hacıyev vəfat edib.

Pərviz

0