Hindistanın ənənəvi dizayn sistemi olan vastu-şaçtra üzrə mütəxəssislər evə uğur və müsbət enerji cəlb etdiyi tövsiyə edilən 7 bitkini açıqlayıblar.
Hit.az xəbər verir ki, vastu-şaçtra ənənələrinə görə, bəzi otaq bitkilərinin evdə olması ətraf mühiti və oradakı enerjini yaxşılaşdırır.
Vastu-şaçtra Hindistana məxsus ənənəvi memarlıq planlaşdırma və dizayn sistemidir. Bu sistemin mütəxəssisləri evə uğur və pozitiv enerji cəlb etmək üçün tövsiyə edilən 7 bitkini müəyyənləşdiriblər. Bu barədə "Times of India nəşri yazır.
Tulsi (müqəddəs reyhan)
Bu bitki enerji mənbəyi kimi çıxış edir, ətraf mühiti təmizləyir və evdən mənfi enerjini uzaqlaşdırır. Tövsiyə olunur ki, bitki evin şimal, şimal-şərq və ya şərq hissəsində yerləşdirilsin. Tulsi ətraf mühiti təravətləndirir və çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir.
Pul ağacı (potos)
Vastu-şaçtrada pul ağacı pulun, rifahın və maliyyə təhlükəsizliyinin simvolu hesab olunur. İnanılır ki, bu bitkinin yaşıl yarpaqları evə uğur gətirir və pozitiv enerjinin axınını artırır. Sağlam və yuxarıya doğru böyüyən pöhrələr uğur rəmzi sayılır.
Xoşbəxt bambuk (drasena)
Vastu-şaçtraya görə, xoşbəxt bambuk evə uğur, müsbətlik və harmoniya gətirir. Ən çox şərq və ya cənub-şərq istiqamətində yerləşdirilməsi məsləhət görülür ki, bu da əlverişli enerjini maksimum dərəcədə artırır və rifaha töhfə verir. Ənənəyə görə, gövdələrin sayı da əhəmiyyətlidir: beş gövdə sağlamlıq, səkkiz gövdə isə inkişaf və bolluqla əlaqələndirilir.
Sansiveriya
Bu bitki vastu-şaçtrada qoruyucu xüsusiyyətlərinə və enerjini təmizləmə qabiliyyətinə görə yüksək qiymətləndirilir. Evin cənub-şərq və ya cənub hissəsində yerləşdirildikdə mənfi enerjinin azalmasına, diqqətin və ümumi halın yaxşılaşmasına kömək etdiyi düşünülür. Bundan əlavə, bitki gecə saatlarında oksigen ifraz edərək havanın təmizlənməsinə şərait yaradır və fiziki, eləcə də energetik tarazlığı dəstəkləyir.
Areka palması
Bu bitki zehni aydınlıq və sakitlik bəxş etməsi ilə tanınır. Evin şərq və ya şimal hissəsində yerləşdirilməsi daxili atmosferin tarazlanmasına kömək edir. Areka palması həm də təbii hava nəmləndiricisi və təmizləyicisi kimi çıxış edir.
Spatifillum (sülh zanbağı)
Vastu-şaçtrada sülh zanbağı sülhün, harmoniyanın və mənəvi rahatlığın simvolu sayılır. Adətən yataq otağında, evin sakit bir hissəsində yerləşdirilir. Çiçəkləri və yarpaqları mənfi enerjinin təmizlənməsinə kömək edərək sakit atmosfer yaradır. Bu bitki eyni zamanda havanı təmizləmək üçün də faydalıdır.
Aloe vera
Aloe vera çoxsaylı müalicəvi xüsusiyyətlərə malik olmaqla yanaşı, pozitiv enerjini cəlb etmə qabiliyyəti ilə də tanınır. Bu bitki sağlamlığın qorunmasına, rifaha və inkişafa dəstək verir, evdə enerjinin axınının daha ahəngdar olmasına kömək edir. Həmçinin effektiv təbii hava təravətləndiricisi hesab olunur.
Samir


