Mütəxəssislər ürək sağlamlığını möhkəmləndirmək və qocalmanın təsirlərini ləngitmək üçün rasiona balıq daxil etməyi tövsiyə edirlər. Lakin uyğun balıq seçmək bəzən çətin ola bilər.
Hit.az xəbər verir ki, "Tasting Table" nəşri sağlamlığa və ya ətraf mühitə mənfi təsirinə görə uzaq durulmalı olan balıq növlərini sadalayıb.
Meksika körfəzindən olan taylfış
Bu balıq ABŞ-ın bütün şərq sahilləri boyunca və Meksika körfəzində yaşayır. O, kontinental şelfin kənarına yaxın dərinliklərdə axan isti cərəyanlara üstünlük verir. Balıq yaşıl, sarı və ağ ləkələrdən ibarət parlaq rəngi ilə seçilir.
Onun qidasının əsasını xərçəngkimilər təşkil edir ki, bu da dadını xərçəng və ya omara bənzədir. Təəssüf ki, Meksika körfəzindən tutulan taylfışda civə miqdarı Atlantik okeanından olan eyni növlə müqayisədə demək olar ki, səkkiz dəfə çoxdur.
Marlin
Marlin qida zəncirinin yuxarı pilləsində yer alır və çoxlu sayda kiçik balıq növü ilə qidalanaraq digər populyasiyalara nəzarət edir. "Scientific American" izah edir ki, belə yırtıcıların mənfi tərəfi ondan ibarətdir ki, kiçik balıqlarda nisbətən təhlükəsiz səviyyədə olan civə marlinin orqanizmində toplanaraq insan üçün təhlükəli həddə çatır.
Digər vacib məqam populyasiya vəziyyətidir. "PEW Charitable Trusts" məlumatına görə, Meksika körfəzində mavi marlin həddindən artıq ovlanmış hesab olunur. Eyni zamanda, Sakit okeandakı mavi marlin NOAA tərəfindən “ağıllı dəniz məhsulu seçimi” kimi qiymətləndirilir və perelovdan əziyyət çəkmir.
Çində yetişdirilən tilapiya
Mənşə ölkəsinin etiketini yoxladığınız halda tilapiyadan tamamilə imtina etməyə ehtiyac yoxdur. Honduras, Meksika və Ekvador məsuliyyətli balıq istehsalçıları sayılır. Bu ölkələrdə tilapiya yetişdirilməsini tənzimləyən qaydalar mövcuddur, o cümlədən yemdə balıq ununun istifadəsinin azaldılması və çirkab sularının təmizlənməsi.
Çində yetişdirilən tilapiya isə bir sıra problemlər yaradır. Əsasən balıqların suyu faktiki olaraq təmizlənməyən hovuzlarda saxlanılması narahatlıq doğurur. Qanunsuz antibiotik və antimikrob maddələrin istifadəsinə dair sübutlar, eləcə də balıqlarda antibiotiklərə davamlılıqla bağlı şübhələr mövcuddur.
Eskolar (yağlı balıq)
"California Sea Grant" məlumatına görə, bir nəfərin bir dəfəyə yeyə biləcəyi maksimum eskolar miqdarı 170 qramdır. Səbəb ondan ibarətdir ki, bu balığın bədən çəkisinin təxminən 20 faizi tam həzm olunmayan mum efirlərindən ibarətdir və bu maddələr mədə-bağırsaq problemlərinə səbəb ola bilər.
Sakit okean mavi tunası
"Sustainable Sushi"nin qiymətləndirməsinə əsasən, Sakit okean mavi tunasının populyasiyası ilkin səviyyənin 10 faizindən də aşağı düşüb. Atlantik mavi tunası da bir vaxtlar oxşar vəziyyətdə idi, lakin NOAA-nın idarəetmə təşəbbüsləri vəziyyəti dəyişib və bu populyasiyaların sayının artdığı müşahidə olunur.
Ferma mənşəli bəzi qızılbalıq növləri
Milli Balıqçılıq İnstitutunun məlumatına görə, qızılbalıq ABŞ-da dəniz məhsulları arasında karides və konservləşdirilmiş tunadan sonra üçüncü ən populyar məhsuldur. Dəniz Mühafizə Şurası (MSC) bildirir ki, dünyada istehlak edilən qızılbalığın təxminən 72 faizi fermalarda yetişdirilir.
Ən yaxşı ferma qızılbalığı tullantı sularını təmizləyən, suyun dövriyyəsini təmin edən qapalı sistemlərdə istehsal olunur. Növbəti variant tor qəfəslərdir və burada balığın keyfiyyəti əsasən yerləşdiyi ərazidən asılıdır.
Vəhşi qızılbalığın bəzi növləri
Bilmək lazımdır ki, ABŞ-da tutulan bütün vəhşi qızılbalıq Sakit okeandan gəlir. NOAA bu balıq ehtiyatlarını iki qanun çərçivəsində idarə edir: müəyyən növləri qoruyan Nəsli kəsilməkdə olan növlər haqqında qanun və kommersiya ilə həvəskar balıq ovunu tənzimləyən Maqnuson-Stivens qanunu. Qorunan beş qızılbalıq növündən dördünün populyasiyası bu qanun çərçivəsində ciddi nəzarət altındadır və ovlanmır.
Maqnuson-Stivens qanunu ilə tənzimlənənlər üçün isə coğrafiya həlledici rol oynayır. Alyaskadan gələn vəhşi qızılbalığın böyük hissəsi MSC sertifikatlı təsərrüfatlardan gəlir, lakin cənuba doğru getdikcə suallar artır.
Ambercek
Bütün ambercek növləri problemli hesab edilmir. NOAA bildirir ki, Atlantik iri ambercekin populyasiyası perelova məruz qalmır, Meksika körfəzində isə ov kvotalarının tənzimlənməsindən sonra bərpa mərhələsindədir.
Yapon amberceki ilə vəziyyət fərqlidir. "Sustainable Sushi"nin məlumatına görə, bu növün populyasiyası azalır. Onun fermalarda yetişdirilməsi çətindir, çünki yırtıcıdır və adətən vəhşi balaların hesabına artırılır. Tor qəfəslərdə yüksək sıxlıq xəstəliklərin sürətlə yayılmasına və digər populyasiyalara keçməsinə səbəb olur. Bundan əlavə, bu qəfəslərin altındakı okean dibi tullantı məkanına çevrilir.
Vyetnamda yetişdirilən fermа şaması
Asiya şaması ucuzluğu və dadına görə populyarlıq qazanıb. Lakin bu dözümlü balıq ətraf mühitə ciddi zərər verə bilər. Problemlər əsasən yetişdirilmə üsullarından qaynaqlanır.
Qəfəslərin əksəriyyəti Mekonq çayı boyunca yerləşdiyi üçün çirkab suları birbaşa çaya axıdılır və bu, sosial və ekoloji problemlərə səbəb olur. "Seafood Watch" həmçinin qanunsuz kimyəvi maddə və antibiotik istifadəsinə dair sübutların olduğunu bildirir.
Atlantik treskası
Həddindən artıq ov, geniş fəaliyyət radiusuna malik balıqçı gəmiləri, texnoloji inkişaflar və zəif idarəetmə treska populyasiyasının kəskin azalmasına səbəb olub. "NPR" 2022-ci ildə bildirmişdi ki, Atlantik treskasının bərpa olunma ehtimalı var. Eyni zamanda, Sakit okean treskası, xüsusilə Alyaska və Britaniya Kolumbiyasında nisbətən yaxşı vəziyyətdədir.
Yeni Zelandiya narıncı okunu
Bu, ağ və zərif ətə malik balıqdır, lakin 1990-cı illərdə populyasiyası perelovla üzləşib. Əsas problem ov üsullarıdır. Narıncı okun dərin sularda yaşayır və adətən tral torları ilə tutulur. Bu isə mərcanlara və dərin dəniz süngərlərinə zərər verərək ekosistemə ciddi yük yaradır.
Akula
"Greenpeace"in 2021-ci il məqaləsinə görə, hər il 100 milyon akula təsadüfi ov, üzgəclərin kəsilməsi və ümumi laqeydlik nəticəsində məhv olur. Halbuki akulalar qida zəncirinin yuxarı pilləsində yer alır və ekosistem balansının qorunmasında mühüm rol oynayır.
ABŞ-da 2022-ci ilin sonunda akula üzgəclərinin satışı qadağan edilib. Kanada da 2019-cu ildə akula üzgəclərinin idxal və ixracını qadağan edən qanun qəbul edib.
Qırmızı okun
ABŞ-ın Meksika körfəzi hissəsində tutulan qırmızı okun "Seafood Watch" tərəfindən “yaxşı alternativ” kimi qiymətləndirilir. Populyasiya zəifləmiş olsa da, əvvəlki illərlə müqayisədə perelov yoxdur. Lakin eyni növün Meksika sularında tutulan nümunələri ciddi məhdudiyyətlərə əməl edilmədiyi üçün qadağan olunmuş siyahıya daxildir. Atlantik okeanında yaşayan qırmızı okun da perelova məruz qalıb.
Samir


