26 yanvar tarixdə mühüm hadisələr, yaddaqalan şəxsiyyətlər və taleyüklü dönəmlərlə zəngin bir gündür.
Hit.az bildirir ki, bu tarixdə dünya miqyasında siyasi, mədəni və elmi sahələrdə iz qoyan hadisələr yaşanıb.
Həmçinin, 26 yanvar bir çox tanınmış şəxsiyyətlərin doğum günü kimi tarixə düşüb. Onların fəaliyyəti və ideyaları cəmiyyətlərin inkişafında mühüm rol oynayıblar. Bu gün həm də dünya tarixində dərin iz buraxmış insanların vəfat etdiyi günlərdən biridir.
Beləliklə, tarixin 26 yanvarına nəzər salaq...
26 yanvarda nələr baş verib?
Əvvəlcə, ölkəmizlə başlayırıq. 1990-cı ilin yanvarın 25-dən 26-na keçən gecə, saat 23:00 radələrində Lənkəran şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulub. 1992-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə Daşaltı əməliyyatını keçirib. 1995-ci ilin 26 yanvarında isə Azərbaycan və Xorvatiya arasında diplomatik əlaqələr qurulub. 2009-cu ildə isə daha bir ilk yaşanıb. Belə ki, Hüseynqulu Bağırov Cənub qütbünə çatan ilk azərbaycanlı kimi tarixə düşüb.
Dünyada isə 26 yanvar Dünya Ekoloji Təhsil Günü kimi qeyd olunur. Eyni zamanda, bu gün Avstraliya Avstraliya və Hindistanın milli bayramlarıdır. Tarixə nəzər saldıqda da 1837-ci ildə Miçiqanın ABŞ-nin 26-cı ştatının elan olunması qarşımıza çıxır. 1905-ci ildə də dünyanın ən böyük almazı olan Kullinan Pretoriyada aşkarlanıb. 1992-ci ildə isə Kot-d'İvuar milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.
26 yanvarda doğulanlar:
1863-cü ildə Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi. Firidun bəy Köçərli, 1933-cü ildə "Şöhrət" və "Şərəf" ordenləri laureatı, bəstəkar Musa Mirzəyev, 1971-ci ildə Xalq artisti Aygün Kazımova, 1988-ci ildə kapitan Şamil Babayev dünyaya gəlib. Dünyada isə1870-ci ildə gürcü yazıçı İvan Zurabişvili, 1891-ci ildə Sovet yazıçısı İlya Erenburq, 1963-cü ildə dünyanın ən yaxşı baş məşqçilərindən biri Joze Mourinyo, 1959-cu ildə türk rejissor Nuri Bilgə Ceylan doğulub.
26 yanvarda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman, polkovnik-leytenantı Riad Əhmədov, 2008-ci ildə müğənni İslam Rzayev, 2020-ci ildə sabiq xarici işlər naziri siyasətçi Tofiq Qasımov dünyasını dəyişib. Dünyada isə 1915-ci ildə gürcü şair Akaki Sereteli, 1948-ci ildə türk general Kazım Qarabəkir, 1975-ci ildə sovet aktrisası Lyubov Orlova, 1979-cu ildə biznesmen və ABŞ-nin vitse-prezidenti olmuş Nelson Rokfeller, 2019-cu ildə fransız bəstəkar Mişel Leqran, 2020-ci ildə amerikalı basketbolçu Kobi Brayant vəfat edib.
Pərviz


