Tarixin bu günündə 27 yanvardayıq.
Hit.az bildirir ki, tarixin yaddaşında iz qoyan 27 yanvar həm mühüm hadisələr, həm də unudulmaz şəxsiyyətlərlə xatırlanır.
Bu gün bəşəriyyət üçün dərs olan olaylar baş verib, sənət və elm dünyasına dəyər qatan insanlar doğulub, tarixdə iz qoyan böyük adlarla vidalaşılıb. Elə isə tarixin 27 yanvarına nəzər salaq...
27 yanvarda nələr olub?
1880-ci ildə Tomas Edison elektrik lampasının patentini yaradıb. 1935-ci ildə futbolda Uruqvay milli komandası Amerika Kubokunu qazanıb. 2008-ci ildə “Xəzər Lənkəran” Sankt-Peterburqda keçirilən Birlik Kubokunda çempion olub. 2010-cu ildə “Apple” ilk dəfə “iPad”ı elan edib. 2020-ci ildə Almaniya, Kamboca və Şri-Lankada ilk dəfə COVID-19-a yoluxma qeydə alınıb.
27 yanvarda dünyaya gələnlər:
1571-ci ildə Səfəvilər dövlətin hökmdarı I Abbas, 1826-cı ildə rus yazıçı Mixail Saltıkov-Şedrin, 1832-ci ildə ingilis yazıçı Luis Kerroll, 1906-cı ildə tarixçi Sara Aşurbəyli, 1924-cu ildə Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti Rauf Denktaş, 1995-ci ildə şahmatçı Ülvi Bacarani, 1975-ci ildə qanuni oğru Rövşən Canıyev dünyaya gəlib.
27 yanvarda vəfat edənlər:
1311-ci ildə Monqolustan xaqanı Kaysan Külük xan,1547-ci ildə Bohemiya və Macarıstan kraliçası Bohemiyalı Anna, 1901-ci ildə itaıiyan bəstəkar Cüzeppe Verdi, 1940-ci ildə rus yazıçı İsaak Babel, 1983-cü ildə fransız aktyor Lui de Fünes, 2006-cı ildə Almaniya prezidenti Yohannes Rau, 2008-ci ildə İndoneziya prezidenti Suxarto, 2011-ci ildə ABŞ aktyoru Çarli Kallas, 2014-cü ildə Əməkdar artist Məhəbbət Kazımov, 2017-ci ildə Əməkdar mədəniyyət işçisi, kinorejissor Rimma Abdullayeva vəfat edib.
Pərviz


