İntellekt adətən insanın düşünmə, problem həll etmə, təcrübədən öyrənmə və tənqidi düşünmə qabiliyyəti ilə müəyyən edilir. Bu bacarıqlar məhdud olduqda, bu adətən çox tanınan şəkildə özünü göstərir.
HİT.az xəbər verir ki, "YourTango" portalı aşağı IQ-yə malik insanlarda tez-tez rast gəlinən 11 xarakter xüsusiyyətini sadalayır:
1. Çox az maraq göstərirlər
Problemləri səthi səviyyədə anlamağa kifayətlənir, onların əsas səbəblərini araşdırmırlar. Həmçinin, onların lüğət ehtiyatı adətən azdır və ümumilikdə intellektual maraqları zəifdir.
2. Yeni vəziyyətlərə uyğunlaşmaqda çətinlik çəkirlər
Planlaşdırma və problem həll etmə bacarıqları məhdud olduğundan, yeni yerlərə və rollara uyğunlaşmaqda çətinlik yaşayırlar.
3. Biliklərini həddindən artıq qiymətləndirirlər
Danning-Kruger effekti göstərir ki, həqiqətən mövzu haqqında az bilən insanlar özlərini ekspert hesab edirlər. Ağıllı insanlar bilmədiklərini etiraf edir, aşağı IQ-lu insanlarda isə intellektual təvazökarlıq yoxdur.
4. Dünyanı qara-ağ kimi görürlər
Amerika Psixoloji Assosiasiyası bunu “dikotomiya düşüncəsi” adlandırır. Bu insanlar yalnız iki əks uç – yaxşı və pis – əsasında düşünür və başqa mümkün nəticələri görmürlər. “Həmişə”, “heç vaxt”, “mümkün deyil” kimi sözlərdən tez-tez istifadə edirlər.
5. Fikirlərini nadir hallarda dəyişirlər
Onlar sərt düşüncə tərzinə malikdir və yeni məlumat alanda belə fikirlərini dəyişməkdə çətinlik çəkirlər. Həmçinin, intelektual çətinliklərə pis reaksiya verə, əsəbi və kobud ola bilərlər.
6. Hipotetik düşünməkdə çətinlik çəkirlər
Aşağı IQ səbəbindən onlar yalnız mütləq həqiqətlər çərçivəsində düşünür. Ətrafdakı imkanları və qeyri-müəyyən vəziyyətləri təsəvvür etməkdə çətinlik çəkirlər.
7. Başqalarına empatiya göstərmirlər
2019-cu ildə Çin araşdırması göstərib ki, yüksək IQ-ya malik insanlar daha emosional həssasdır və başqalarına daha çox qayğı göstərir.
8. Təxminən tamamilə özlərinə fokuslanırlar
Hadisələrin özlərinə təsirinə diqqət yetirir, başqalarının təcrübə və reallığını nəzərə almırlar.
9. Sadələşdirilmiş izahlarla kifayətlənirlər
Çətin vəziyyətləri tez-tez sadə səbəblərlə izah edir, vacib detalları görmürlər. Məsələn, “Belədir insanlar” və ya “Həmişə belə olub” kimi ifadələrdən istifadə edirlər.
10. Səhvlərindən öyrənməkdə çətinlik çəkirlər
Uğursuzluqdan sonra davranışlarını dəyişmək əvəzinə, başqa insanları və ya xarici faktorları günahlandırırlar və eyni xətaları təkrar edirlər.
11. Özünü inkişaf etdirməyə qarşı müqavimət göstərirlər
Özlərini kifayət qədər yaxşı hesab edir, şəxsi inkişafın lazım olmadığını düşünürlər. Maraqları yoxdur.
Yüksək intellekt həyat uğuruna kömək edə bilər, lakin çox ağıllı insanlar da həyatın bəzi “qaydalarını” gec anlayır. Psixoloqlar yüksək IQ-lu insanların gec öyrəndiyi 5 şeyi də müəyyən ediblər.
Samir


