Tarixin 29 yanvarı...

MARAQLI
17:00 / 29.01.2026
110

29 yanvar tarix boyu elmin, siyasətin və mədəniyyətin gedişatına təsir edən mühüm hadisələrlə yadda qalıb.

Hit.az bildirir ki, 29 yanvarda doğulan şəxslər arasında ədəbiyyat, musiqi, idman və elm sahələrində iz qoymuş tanınmış simalar var.

Bu tarixdə dünyaya gələn yaradıcı insanlar yeni ideyalarla cəmiyyətin düşüncə tərzini dəyişməyə nail olublar. Eyni zamanda, bu gün öz sahələrində böyük töhfələr vermiş görkəmli şəxslərin vəfatı ilə də xatırlanır. Tarixçilər üçün 29 yanvar müxtəlif dövrlərin ruhunu anlamaq baxımından maraqlı müqayisə imkanları yaradır. Beləliklə, 29 yanvarın tarixini xatırlayaq...

29 yanvarda nələr baş verib?
1993-cü ilin bu günü Azərbaycanla Çexiya arasında diplomatik əlaqələr qurulub. 2008-ci ilin eyni günü isə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29” döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Dünyada 29 yanvarda bir çox hadisə baş verib. Belə ki, 1861-ci ildə Kanzas ABŞ-nin 34-cü ştatı elan olunub.1886-cı ildə Karl Benz sınağı uğurla başa vurmuş ilk benzinlə çalışan avtomobilin patentini alıb. 1996-cı ildə isə prezident Jak Şirak Fransada nüvə silahı sınaqlarına son qoyulduğunu açıqlayıb. 2011-ci ildə Yaponiya milli futbol komandası Asiya Kubokunda çempion olub. 2020-ci ilin 29 yanvarında da Birləşmiş Ərəb Əmirliklərində ilk dəfə COVID-19 virusuna yoluxma qeydə alınıb. 

29 yanvarda doğulanlar:

Azərbaycanlılarla başlayırıq. 1925-ci ildə hakim Tofiq Bəhramov, 1927-ci ildə balerinası Leyla Vəkilova, 1938-cü ildə qoboyçu Kamil Cəlilov, 1981-ci ildə müğənni Xatirə İslam, 1984-cü ildə voleybolçu Valeriya Məmmədova və 1993-cü ildə Vətən müharibəsi qəhrəmanı, şəhid Şahin Allahyarov dünyaya gəlib.

Dünyada isə 1843-cü ildə ABŞ prezidenti Vilyam Mak-Kinli, 1860-ci ildə rus yazıçı Anton Çexov, 1866-cı ildə fransız yazıçı Romen Rollan, 1870-ci ildə türk şair Süleyman Nazif, 1954-cü ildə amerikalı teleaparıcı Opra Uinfri və 1966-cı ildə braziliyalı futbolçu Romario doğulub.

29 yanvarda vəfat edənlər:
1837-ci ildə rus şair Aleksandr Puşkin,1963-cü ildə amerikalı şair Robert Frost,1975-ci ildə Sovet bəstəkarı Yəhya Şərfədinov,1994-cü ildə rus aktyor Yevgeni Leonov, 2012-ci ildə İtaliya prezidenti Oskar Luici Skalfaro, 2016-cı ildə bəstəkar Musa Mirzəyev vəfat edib.

Pərviz

0