Astronomlar, ölçüsü Yerə yaxın, 355 gündə orbitini tamamlayan və ulduzunun “yaşayış üçün mümkün zona” olma ehtimalı 50 faiz olan bir planet namizədini kəşf ediblər.
HİT.az xəbər verir ki, Avstraliya, İngiltərə, ABŞ və Danimarkadan olan astronomların birgə tapıntısı diqqət çəkir, çünki yeni göy cismində bəzi xüsusiyyətlər Yerə bənzəyir.
Tədqiqat qrupu ABŞ Kosmik Agentliyi (NASA) tərəfindən 2017-ci ildə K2 missiyası çərçivəsində toplanmış verilərdən istifadə edərək “HD 137010 b” adlı namizəd planeti aşkar edib.
Astronomlar müəyyən ediblər ki, bu cism Günəşə bənzər bir ulduzun ətrafında dövr edir və Yerə nisbətən yalnız 6 faiz daha böyükdür. Namizəd planet orbitini 355 gündə tamamlayır.
Tədqiqatçılar bildiriblər ki, planetin orbitində döndüyü ulduzun “yaşana bilən zona”da olması ehtimalı 50 faizdir və 146 işıq ili uzaqlıqda yerləşdiyi üçün teleskopla ətraflı müşahidə aparmaq üçün kifayət qədər yaxın mövqedədir.
Bundan əlavə, ulduzunun Günəşə nisbətən daha soyuq və daha az parlaq olması nəticəsində HD 137010 b-nin səth temperaturunun Marsa bənzədiyi və –70 santigrad dərəcəyə qədər düşə biləcəyi müəyyən edilib.
Tapılmış bu göy cismini ötegezegen (exoplanet) kimi təsnif etmək üçün isə əlavə verilərə ehtiyac olduğu qeyd olunur.
Tədqiqatın detalları “Astrophysical Journal Letters” jurnalında dərc edilib.
Samir


