Yeni kəşf: Uzun müddət su altında qalmaq insanı dəyişdirir?

MARAQLI
23:32 / 03.02.2026
44

Kosmosdan dünyaya baxan astronavtların yaşadığı məşhur “yuxarıdan baxma effekti”, yerini okeanın dərinliklərində yaranan yeni bir təcrübəyə buraxdı. Alimlər, su altında yaşayan və işləyən "akuonotlar" üzərində apardıqları araşdırmada oxşar bir zehni dəyişimin izlərini tapıblar.

HİT.az xəbər verir ki, tədqiqatçılar bu fenomeni "aşağıdan baxma effekti" adlandırır. Bu, təbiətlə qurulan bağın yalnız yuxarıdan yox, aşağıdan baxarkən də nə qədər təsirli və sarsıcı ola biləcəyini göstərir. 

Northeastern Universitetindən mütəxəssislər bildirir ki, bu heyranlıq hissi yalnız şəxsi təcrübə deyil; həm də cəmiyyət üzrə təbiəti qoruma şüurunu oyandıra biləcək güclü bir vasitədir.

Dünyada sayı təxminən 100 olan akuonotlar, çox az öyrənilmiş bir qrup kimi qəbul edilir. Bu insanlar, təzyiqi xarici mühitlə uyğunlaşdırılmış su altında laboratoriyalarda günlər, hətta həftələr boyunca yaşayırlar. Normal bir dalğıcın qısa müddətdə edə biləcəyi müşahidələri, bu tədqiqatçılar gündə səkkiz saatdan çox dalışlarla həyata keçirirlər. Bu uzun müddətli su altında iş, ətrafdakı həyatla qurulan bağı daha da dərinləşdirir.

Professor Brian Helmut bunu məşhur primatoloq Cane Qudallın meşədə şimpanzelərlə yaşaması ilə bir helikopterdən 30 dəqiqəlik ormana buraxılan bir şəxsin təcrübəsini müqayisə edir. Su altında keçən uzun zaman, səthi müşahidəni dərin bir aidiyyət hissinə çevirir.

Tədqiqat çərçivəsində, aralarında bir astronavtın da olduğu 14 akuonot ilə dərindən müsahibələr aparılıb. Nəticələr olduqca maraqlıdır: iştirakçıların 70%-i su altında keçirdikləri müddətdə heyranlıq və minnətdarlıq hisslərinin zirvəyə çatdığını bildirib. 64%-i isə sualtı çətin həyat şərtləri səbəbindən ətraflarına olan diqqət və bağlılıqlarının artdığını qeyd edib.

Astronavtlar dünyanı bütöv kimi görüb universal bir bağ qurarkən, akuonotlar birbaşa daxil olduqları dəniz ekosistemi ilə bütünləşir. Bu fərq, təbiəti qoruma səyləri üçün daha yerli və konkret motivasiya mənbəyi təmin edir.

Planetimizdə həyatın davamlılığı üçün okeanlar kritik rol oynayır. Nəfəs aldığımız oksigenin yarısını okeandakı fitoplanktonlar istehsal edir; yəni hər nəfəsimiz üçün dənizə bağlıyıq. Buna baxmayaraq, okeanları hələ də tullantı yığını kimi istifadə etməyə davam edirik ki, bu da alimləri narahat edir.

Dr. Kristen Kilgallen bildirir ki, su altında yaşanan bu zehni dəyişim insanların dənizlə olan münasibətlərini yenidən qurması üçün bir fürsət təqdim edir. Artıq təbiətlə qarşılıqlı əlaqə üsulumuzu dəyişdirməli olduğumuz bir dönəmdəyik və dərinliklərdən gələn bu mesaj, okeana baxışımızı kökündən dəyişə bilər.

Samir

0