Tarixin 4 fevralı...

MARAQLI
15:00 / 04.02.2026
94

Tarixin səhifələrində qarşımızda 4 fevral var.

Hit.az bildirir ki, bu tarixdə də bir çox mühüm və yaddaqalan hadisə yaşanıb.

4 fevral dünyada daha çox ilklərin günü kimi də xarakterizə oluna bilər. Həmçinin, bu tarixdə Azərbaycan və dünya üçün əhəmiyyət kəsb edən çox sayda insanın doğum günüdür. Əfsuslar olsun ki, 4 fevral həm də bəzi mühüm şəxslərin aramızdan ayrıldığı gündür. Beləliklə, tarixin 4 fevralına nəzər salırıq...  

4 fevralda nələr baş verib?

1789-cu ildə Corc Vaşinqton ABŞ-nin ilk prezidenti seçilib. 1932-ci ildə III Qış Olimpiya Oyunları Leyk-Plesiddə keçirilib. 1948-ci ildə Şri-Lanka Millətlər Birliyinin tərkibində müstəqil olub. 1976-cı ildə XII Qış Olimpiya Oyunları İnsbrukda keçirilib. 2004-cü ildə “Facebook” sosial şəbəkə platforması Mark Zukerberq və Eduardo Saverin tərəfindən təsis edilib. 2022-ci ildə XXIV Qış Olimpiya Oyunları Pekində keçirilib.

4 fevralda doğulanlar:

1910-cu ildə Azərbaycan general-mayoru, 2 dəfə Sovet İttifaqı qəhrəmanı olmuş yeganə azərbaycanlı Həzi Aslanov, 1921-ci ildə alim Lütfi Zadə,1969-cu ildə polkovnik Emil Nəzirov, 1927-ci ildə fotoqraf Faiq Rəcəbli, 1945-ci ildə müğənni, deputat Polad Bülbüloğlu, 1953-cü ildə Milli Məclisin III və IV çağırış deputatı Hikmət Atayev, 1988-ci ildə müğənni Damla və 1995-ci ildə futbolçu Elvin Camalov dünyaya gəlib.

Dünyada isə 1480-ci ildə portuqal səyyahı Fernan Magellan, 1871-ci ildə Almaniyanın ilk prezidenti Fridrix Ebert, 1917-ci ildə Pakistan prezidenti Yəhya xan, 1933-cü ildə rus aktyor İqor Kvaşa, 1940-cı ildə amerialı rejissor Corc Romero və 1954-cü ildə rus diplomat Andrey Karlov doğulub.

4 fevralda vəfat edənlər:
1974-cü ildə riyaziyyatçı Zahid Xəlilov, 1982-ci ildə aktyor və rejissor İbrahim Həmzəyev, 2003-cü ildə aktrisa Töhfə Əzimova dünyasını dəyişib. Dünyada isə 1837-ci ildə ingilis həkim Con Latam,1871-ci ildə Qafqaz dağlılarının rəhbəri Şeyx Şamil, 2002-ci ildə Malta prezidenti Aqata Barbara və İsveç şahzadəsi Siqvard Bernadot vəfat edib.

Pərviz

0