Tarixin səhifələrində 5 fevraldayıq...
Hit.az bildirir ki, bu gün də ölkə və dünya üçün əhəmiyyətli bir sıra hadisələrlə yadda qalıb.
Tanınmış simaların bəzilərinin həm doğum, həm də vəfat günü məhz 5 fevrala təsadüf edir. Onların hər birini xatırlayacağıq.
Lakin bu gün hər zamankından fərqli olaraq ən yeni tarixdən nümunə ilə başlayırıq. Bu gün – 5 fevral 2026-cı ildə xalqımıza qarşı vəhşilik edən, vətəndaşlarımızı qəddarcasına öldürən erməni terrorçular öz cəzalarını aldılar. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan, David Babayan qəti olaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Arkadi Qukasyan və Bako Sahakyan isə qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Beləliklə, xalqımıza qarşı törədilən cinayətlər cəzasız qalmadı! İndi isə tarixin 5 fevralına nəzər salaq...
5 fevralda nələr baş verib?
1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin sessiyasında dövlətin adının Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilib. 2017-ci ildə Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunda çempion olub. 2019-cu ildə Roma Papası Fransisk Əbu-Dabiyə səfəri zamanı tarixdə Ərəbistan yarımadasını ziyarət edən və papalıq mərasimini keçirən ilk Roma Papası kimi tarixə düşüb.
5 fevralda doğulanlar:
1859-cu ildə ictimai-siyasi xadim Cəfərqulu xan Naxçıvanski, 1918-ci ildə bəstəkar Qara Qarayev, 1923-cü ildə tarzən Baba Salahov, 1930-cu ildə xanəndə Əlibaba Məmmədov, 1963-cü ildə aktrisa Münəvvər Kələntərli dünyaya gəlib.
Dünyada isə 1918-cı ildə Rumıniya prezidenti Nikolae Çauşesku, 1943-cü ildə amerikalı alim Patrik Vinston, 1965-ci ildə rumıniyalı futbolçu və baş məşqçi George Haci, 1985-ci ildə tarixin ən yaxşı futbolçularından biri Kriştiano Ronaldo, 1992-ci ildə braziliyalı futbollçu Neymarın doğulub.
5 fevralda vəfat edənlər:
1963-cü ildə aktrisa Münəvvər Kələntərli, 1979-cu ildə xanəndə Yavər Kələntərli, 2012-ci ildə sabiq təhsil naziri Lidiya Rəsulova, 2017-ci ildə kinorejissor Rafiq Dadaşov dünyasını dəyişib.
Dünyada isə 1818-ci ildə İsveç və Norveç kralı XIII Karl, 1927-ci ildə hindistanlı müğənni İnayət Xan, 1946-cı ildə ingilis aktyor Corc Arliss, 1971-ci ildə Macarıstanın baş naziri Matyaş Rakoşi, 1993-cü ildə türkiyəli sabiq deputat və nazir Adnan Qəhvəci və 2020-ci ildə amerikalı aktyor Kirk Duqlas vəfat edib.
Pərviz


