Tarixin 6 fevralı...

MARAQLI
15:15 / 06.02.2026
116

Tarixin səhifələrində 6 fevraldayıq.

Hit.az xəbər verir ki, tarixin bu günündə də çox mühüm hadisələr baş verib.

İllər keçsə də unudulmayacaq acılar və hadisələr 6 fevral üçün xasdır. Həmçinin, bu gün ölkəmizdə və dünyada çox sayda tanınmış şəxs doğulub, bir o qədəri də aramızdan ayrıılıb. Beləliklə, tarixin 6 fevralına nəzər salaq...

6 fevralda nələr baş verib?

1992-ci ilin bu günü Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələr qurulub. 1788-ci ildə Massaçusets ABŞ-nin 6-cı ştatı olub. 1840-ci ildə Vaytanq müqaviləsi ilə Yeni Zelandiya Böyük Britaniyanın müstəmləkəsinə çevrilir. 1952-ci ildə II Yelizaveta Böyük Britaniya kraliçası olub. 2022-ci ildə Seneqal milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. Ən yeni tarixin bu günü isə böyük bir fəlakətlə xatırlanır. Belə ki, 2023-cü ildə fevralın 6-da Türkiyədə 7,7 və 7,6 bal gücündə zəlzələ yaşandı. “Əsrin fəlakəti” adlandırılan zəlzələlər nəticəsində 53 min 537 nəfər öldü, təxminən 107 min nəfər xəsarət aldı. 


6 fevralda doğulanlar:

1970-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Mirəsgər Seyidov, 1989-cu ildə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cavid Mahmudov, 1793-cu ildə general-leytenant Cəfərqulu ağa Bakıxanov, 1950-ci ildə xanəndə, xalq artisti Ağaxan Abdullayev, 1924-cu ildə aktrisa Firəngiz Şərifova, 1938-ci ildə aktyor, xalq artisti Rafiq Əzimov və aktrisa Töhfə Əzimova dünyaya gəlib.

Dünyada isə 1664-cü ildə Osmanlı sultanı II Mustafa, 1911-ci ildə ABŞ-nin 40-cı prezidenti Ronald Reyqan, 1912-ci ildə Almaniya kansleri Adolf Hitlerin həyat yoldaşı, fotoqraf Eva Braun, 1917-ci ildə macar aktrisa Ja Ja Qabor, 1945-ci ildə yamaykalı müğənni Bob Marli və 1995-ci ildə alman futbolçu Leon Qoretzka doğulub.

6 fevralda vəfat edənlər:

1695-ci ildə Osmanlı sultanı II Əhməd, 1740-ci ildə Roma papası XII Klement, Roma papası, 1929-cu ildə İspaniya kraliçası Mariya Kristina, 1952-ci ildə Böyük Britaniya kralı VI Corc, 1955-ci ildə maarifçisi Həmidə Məmmədquluzadə, 1958-ci ildə ingilis futbolçu Tommi Teylor, 1980-ci ildə kontra-admiralı Cəlil Cavadov, 1994-cü ildə amerikalı aktyoru Cozef Kotten, 2014-cü ildə alban müğənni Vaçe Zela dünyasını dəyişib. 

Pərviz


 

0