Tarixin bu günündə 10 fevraldayıq.
Hit.az bildirir ki, 10 fevral Azərbaycan tarixi üçün faciəli günlər sırasındadır.
Birinci Qarabağ müharibəsi dəhşətinin ən sərt hiss olunduğu günlərdən biri də məhz 10 fevraldır. Həmçinin, başqa tarixi hadisələrlə də yadda qalan gündür. Bu dəfə sözü çox uzatmadan tarixin 10 fevralına nəzər salırıq...
10 fevralda nələr baş verib?
1828-ci ildə İranla Rusiya arasında Türkmənçay müqaviləsi imzalanıb. Əfsuslar olsun ki, bu müqavilə nəticəsində Azərbaycan parçalanıb. 1992-ci ildə Azərbaycan və Meksika arasında diplomatik əlaqələr qurulub. 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı Malıbəyli və Quşçular qətliamı baş verib. 10-12 fevral tarixləri arasında erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc azərbaycanlı qətlə yetirilib.
10 fevralda doğulanlar:
1974-cü ildə polkovnik-leytenant, Vətən Müharibəsi Qəhrəmanı Faiq Qasımov, 1931-ci ildə müğənni Anatollu Qəniyev, 1939-cu ildə tarixçi, professor Yaqub Mahmudov, 1947-ci ildə aktrisa, əməkdar artist Suğra Bağırzadə, 1977-ci ildə caz pianouçusu Şahin Növrəsli, 1869-cu ildə yazıçı, dramaturq Cəlil Məmmədquluzadə dünyaya gəlib.
Dünyada isə 1909-cu ildə özbək bəstəkar Boris Zeydman, 1917-ci ildə alban yazıçı Musine Kokalari, 1926-cı ildə Şimali İrlandiya futbolçusu və baş məşqçisi Denni Blançflauer, 1929-cu ildə amerikalı bəstəkar Cerri Qoldsmit, 1957-ci ildə türkiyəli aktrisa Oya Aydoğan, 1984-cü ildə gürcü basketbolçu Zaza Paçulia, 1985-ci ildə türkliyəli sabiq futbolçu, baş məşqçi Səlcuq İnan və 1991-ci ildə amerikalı aktrisa Emma Roberts doğulub.
10 fevralda vəfat edənlər:
1994-cü ildə Milli Qəhrəman Qorxmaz Eyvazov, 1995-ci ildə Milli Qəhrəman Nurəddin İbrahimov, 1975-ci ildə riyaziyyatçı, professor Qoşqar Əhmədov, 1980-ci ildə Aşıq Şəmşir, 1994-cü ildə isə aktyor, professor Əşrəf Quliyev dünyasını dəyişib.
Dünyada da 1829-cu ildə Roma Papası XII Lev, 1837-ci ildə rus şair Aleksandr Puşkin, 1918-ci ildə Osmanlə sultanı II Əbdülhəmid, 1939-cu ildə Roma Papası XI Piy və 2005-ci ildə amerikalı dramaturq Artur Miller vəfat edib.
Pərviz


