Tarixin 12 fevralı...

MARAQLI
15:30 / 12.02.2026
111

Bu gün isə tarixin vərəqlərində 12 fevraldayıq.

Hit.az bildirir ki, 12 fevral tarixi dünya və Azərbaycan tarixində müxtəlif sahələrdə mühüm hadisələrlə yadda qalıb.

Bu gün bir tərəfdən tarixin axarında dönüş nöqtəsi sayılan hadisələrlə, digər tərəfdən isə dünya mədəniyyətinə, elminə və cəmiyyətinə töhfə vermiş görkəmli şəxsiyyətlərin doğumu və vəfatı ilə əlamətdardır. Hər bir tarix kimi 12 fevral da keçmişlə bu gün arasında körpü rolunu oynayır, yaddaşımızı zənginləşdirir və zamanın ardıcıllığını bizə bir daha xatırladır. Beləliklə, tarixin 12 fevralına nəzər salaq...

12 fevralda nələr baş verib?

1992-ci ildə Şri-Lanka Azərbaycanın müstəqilliyini tanıyıb. 1939-cu ildə Peru milli futbol komandası Amerika Kubokunu qazanıb. 2010-cu ildə XXI Qış Olimpiya Oyunları Vankuverdə keçirilib. 2012-ci ildə Zambiya yığmas Afrika Millətlər Kubokunda çempion olub.

12 fevralda doğulanlar:

1964-cü ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Təbriz Xəlilbəyli, 1911-ci ildə tarzanə Bəhram Mansurov, 1912-ci ildə memar Ənvər Qasımzadə, 1933-cü ildə xanəndə, əməkdar artist Mais Salmanov, 1987-ci ildə aktyor Cavidan Novruz dünyaya gəlib.

Dünyada isə 1760-ci ildə çexiyalı bəstəkar Yan Düssek, 1809-cu ildə 16-cı ABŞ prezidenti Avraam Linkoln, 1881-ci ildə rus ballerina Anna Pavlova, 1915-ci ildə rus yazıçı Vasili Ajayev, 1942-ci ildə İsrailin baş naziri Ehud Barak, İsrail baş naziri, 1946-cı ildə türk müğənni Ajda Pekkan və 1969-cu ildə amerikalı rejissor Darren Aronofski doğulub.

12 fevralda vəfat edənlər:

1931-ci ildə general Səməd bəy Mehmandarov, 1578-ci ildə Səfəvi şahzadəsi Pərixan xanım, 1713-cü ildə Böyük Moğol imperatoru Cahandar Şah, 1804-cü ildə alman filosof İmmanuel Kant, 1984-cü ildə Argentina və Fransa yazıçısı Xulio Kortasar, 2009-cu ildə musiqişünas Elmira Abasova, 2017-ci ildə aktrisa Kübra Dadaşova və 2019-cu ildə xalq rəssamı Altay Hacıyev vəfat edib.

Pərviz
 

0