Tarixin 13 fevralı...

MARAQLI
16:00 / 13.02.2026
45

Bu gün tarixin vərəqlərində 13 fevraldayıq.

Hit.az bildirir ki, bu tarixdə də dünyada bir sıra unudulmaz hadisələr baş verib.

Həmçinin, 13 fevral tarixi də müxtəlif sahələrdən tanınmış şəxslərin doğum və vəfat günü ilə xatırlanır. Bu gün onların hər birini yenidən xatırlayacağıq. Əvvəllcə qeyd edək ki, bu gün dünyada Beynəlxalq Radio Günü kimi qeyd olunur. İndi isə tarixin 13 fevralına daha yaxından nəzər salaq...

13 fevralda baş verənlər:

1993-cü ildə Azərbaycan və İordaniya arasında diplomatik əlaqələr qurulub. 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı ABŞ və Böyük Britaniya Hava Qüvvələri tərəfindən Almaniyanın Drezden şəhərini bombardman edilib. 1983-cü ildə İtaliyanın Turin şəhərində kinoteatrda baş verən yanğında nəticəsində 64 nəfər ölüb. 2017-ci ildə Şimali Koreya lideri Kim Çen İnin qardaşı Kim Çen Nam Kuala Lumpur beynəlxalq hava limanında sui-qəsd nəticəsində qətlə yetirilib. 2021-ci ildə böyük qış fırtınası Texasda və Meksikanın şimalında elektrik enerjisinin kəsilməsinə səbəb olub. Bu isə faciə ilə nəticələnib və 82 nəfər həyatını itirib. 

13 fevralda doğulanlar:

1975-ci ildə Milli Qəhrəman Xanoğlan Məmmədov, 1889-cu ildə dövlət xadimi Mir Həsən Vəzirov, 1946-cı ildə aktyor Əliabbas Qədirov, 1948-ci ildə xanəndə, xalq artisti Sabir Əliyev, 1952-ci ildə aktyor, rejissor Şahmar Qəribli, 1954-cü ildə müğənni, xalq artisti Nisə Qasımova, 1971-ci ildə meyxanaçı Məşədibaba doğulub.

Həmçinin, 1599-cu ildə Roma papası VII Aleksandr, 1769-cu ildə rus yazıçı İvan Krılov, 1929-cu ildə amerikalı aktrisa Li Fierro, 1933-cu ildə Kamerun prezident Pol Biya, 1974-cü ildə ingilis müğənni Robbi Vilyams, 1979-cu ildə meksikalı futbolçu Rafael Markes, 1994-cü ildə isə niderlandlı futbolçu Memfis Depay dünyaya gəlib.

13 fevralda vəfat edənlər:

1332-ci ildə Bizans imperatoru II Andronik Paleoloq, 1542-ci ildə İngiltərə kraliçası Ketrin Hauerd, 1660-cı ildə İsveç kralı X Karl Qustav, 1883-cü ildə alman bəstəkar Rixard Vaqner, 2009-cu ildə xalq şairi Bəxtiyar Vahabzadə, 2019-cu ildə türk aşıq Ozan Arif və 2022-ci ildə yazıçı, əməkdar incəsənət xadimi Əfqan Əsgərov dünyasını dəyişib.

Pərviz

0