Tarixin bu günündə 16 fevraldayıq.
Hit.az xəbər verir ki, bu gündə də bir sıra mühüm hadisələr baş verib.
Müxtəlif sahələrdən olan çox sayda tanınmış şəxs dünyaya gəlib, bir o qədəri də aramızdan ayrılıb. Bu gün 16 fevralda dünyanın müxtəlif yerlərində baş verən hadisələri xatırlayacağıq. Elə isə tarixin 16 fevralına nəzər salaq...
16 fevralda nələr baş verib?
1957-ci ildə futbol üzrə Misir milli komandası Afrika Millətlər Kubokununu qazanıb. 1959-cu ildə Fidel Kastro Kubanın baş naziri olub. 1970-ci ildə isə Sudan yığması Afrika Millətlər Kubokunuda çempion olub.
16 fevralda dünyaya gələnlər:
Azərbaycanla başlayaq. 1906-cı ildə geoloq, professor Şamil Əzizbəyov, 1918-ci ildə şair Həkim Qəni, 1981-ci ildə müğənni Talıb Tale və 1985-ci ildə boksçu Lorenso Sotomayor dünyaya gəlib.
Dünyada isə 1821-ci ildə alman səyyah Henrix Bart, 1831-ci ildə rus yazıçı Nikolay Leskov, 1848-ci ildə fransız yazıçı Oktav Mirbo, 1926-cı ildə ingilis rejissor Con Şlezinger, 1941-ci ildə Şimali Koreyanın ali lideri Kim Çen İr, 1952-ci ildə amerikalı müğənni Ceyms İnqrem, 1964-cü ildə amerikalı diplomat Metyu Brayza, 1970-ci ildə türkiyəli müğənni Sərdar Ortaç və 1986-cı ildə uruqvaylı futbolçu Dieqo Qodin doğulub.
16 fevralda vəfat edənlər:
1992-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Səfəralı Məmmədov, 1994-cü ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi İbrahim Məmmədov, 1925-ci ildə memar Zivər bəy Əhmədbəyov, 1945-ci ildə opera müğənnisi, xalq artisti Hüseynqulu Sarabski və 2018-ci ildə aktyor-rejissor Şahmar Qəribli aramızdan ayrılıb.
Dünyada da 1279-cu ildə Portuqaliya kralı III Afonso, 1685-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya kralı II Karl, 1907-ci ildə italiyalı şair Cozue Karduççi, 1919-cu ildə ingilis diplomat Mark Sayks, 2015-ci ildə meksikalı aktrisa Lorena Roxas və 2024-cü ildə rus siyasətçi Aleksey Navalnı ölüb.
Pərviz


