Göyə baxanda hər şeyin nizamlı hərəkət etdiyini görürük. Antik dövr astronomları belə planetlərin göydə təsadüfi paylanmadığını, həmişə Günəşin izləmiş olduğu “ekliptika” adlanan xəyalı yola yaxın qaldığını fərq etmişdilər. Əgər bu düzülüş mükəmməl olsaydı, Venera və Merkuri hər keçidində Günəşin tam önündən keçərdi; amma bir neçə dərəcəlik sapmalar bu mükəmməlliyi pozur. Yenə də səkkiz planetin demək olar ki, eyni xətt üzrə, sanki görünməz bir boşqab üzərində fırlanması sadə bir təsadüf deyil.
HİT.az xəbər verir ki, Kopernik Yerin kainatın mərkəzi olduğu görüşünü ləğv edərək Günəş ətrafında sıradan bir səyahətçi olduğunu göstərdikdən sonra, Günəş ətrafındakı planetlərin trayektoriyalarının bir-birinə çox yaxın bucaqlarda olduğu bir daha görüldü. Bəs bu nəhəng kosmik boşluqda bu obyektləri eyni müstəvidə saxlayan nədir?
Nyutondan sonra ilk düşünülən namizəd Yupiter oldu. Yupiterin böyük cazibə qüvvəsi sanki bir çoban iti kimi digər planetləri sıraya gətirir. Müstəvidən çıxmaq istəyən kiçik bir planet Yupiterin davamlı çəkisi ilə öz orbitinə qayıdır. Lakin Günəşin öz ekvatorunun da bu planet müstəvisi ilə demək olar ki, eyni bucaq altında (6 dərəcə sapma ilə) fırlanması göstərir ki, məsələ yalnız cazibə ilə izah edilə bilməz, hər şey belə yaranıb.
Planetlərin bu hizalanmış vəziyyəti əslində ortaq bir doğum hekayəsinin mirasıdır. Ulduzlar və onların ətrafındakı sistemlər nəhəng hidrogen buludlarının və keçmiş supernova qalıqlarının çökməsi ilə yaranır. Bu buludlar ilkin olaraq hər istiqamətə hərəkət edən molekullardan ibarət olsa da, cazibə ilə sıxıldıqca dönməyə başlayır. Buz patencisinin qollarını qatlayıb sürətlə dönməsi kimi, bulud kiçildikcə dönmə sürəti də inanılmaz dərəcədə artır.
Fizika qanunlarına görə, sürətlə fırlanan hər obyekt düzləşməyə məcbur olur və bu qayda qalaksilərdən pizza xəmirinə qədər hər şey üçün keçərlidir. Dönmə sürəti buludun mərkəzə tam çöküşünü əngəlləsə də, fırlanma oxuna paralel təzyiq onu disk halına gətirir. Planetlər də məhz bu dönən toz və qaz diskindən yaranır.
Müasir teleskoplarla gənc ulduzların ətrafındakı bu “protoplanet” diskləri artıq birbaşa görünə bilir. Planetlər bu diskin içində formalaşdığı üçün ilk gündən eyni xətt üzrə orbitlərinə yerləşirlər.
Bu sıralamanın ən təəccüblü nümunələrindən biri olan TRAPPIST-1 sistemində yeddi planet yalnız 0,1 dərəcəlik sapma ilə mükəmməl bir müstəvidə fırlanır və hamısı ulduzlarını eyni bucaqdan kölgələyə bilir.
Amma hər şey həmişə bu qədər nizamlı getmir. Bəzi sistemlərdə planetlər ulduzlarının ekvatoruna dik fırlanır, hətta bəzilərində ulduz bir istiqamətə dönərkən planet əks istiqamətdə hərəkət edir.
Alimlər bu qəribə halları çoxlu ulduz sistemlərindəki qarışıqlıqla və ya yaxınlardan keçən “qonaq” ulduzun cazibə müdaxiləsi ilə izah edirlər. Məsələn, HD3167 sistemi: burada bir planet normal orbitində fırlanır, amma qonşusu qütblərdən keçir. Bu istisnalar göstərir ki, kainat ümumi bir nizama malik olsa da, hər zaman sürprizlərə və xaosa da yer ayırır.
Samir


