Tarixin 17 fevralı...

MARAQLI
16:00 / 17.02.2026
80

Tarixin vərəqlərində 17 fevraldayıq.

Hit.az bildirir ki, bu gün də Azərbaycan tarixinin qanlı səhifələrindən biri kimi yadda qalıb.

Erməni vəhşiliyinin ən dəhşətli nümunələrindən biri olan Qaradağlı faciəsinin üzərindən artıq 34 il keçir. Dünyada da bir sıra mühüm hadisələr yaşanıb. Tarixin gedişatını dəyişən proseslərin bəzisi bu gün baş verib. Elə isə tarixin 17 fevralına nəzər salaq...

17 fevralda baş verənlər:
Birinci Qarabağ müharibəsi zamanı yaşanılan faciələrdən biri də 17 fevral 1992-ci il tarixinə təsadüf edir. Həmin gün Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən Qaradağlı qətliamını törədilib. O qanlı gündə Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırıldı. İşğal zamanı 118 nəfər əsir götürüldü, 33 nəfər güllələndi, əsir götürülənlərin də 68 nəfəri öldürüldü.

Dünyada isə 1949-cu ilin bu gün Haim Veytzman İsrailin ilk prezidenti kimi səlahiyyət müddətinə başlayıb, 1959-cü ildə Türk Hava Yollarına məxsus “Vickers Viscount” təyyarəsinin Qatvik hava limanı yaxınlığında qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub. Türkiyənin baş naziri Adnan Menderes isə qəzadan sağ çıxıb. 1979-cu ildə Çin-Vyetnam müharibəsi başlayıb. 2008-ci ildə isə Kosovo Serbiyadan ayrılaraq müstəqilliyini elan edib. 2016-cı ildə də Türkiyənin paytaxtı Ankarada Türkiyə Silahlı Qüvvələrinin kazarmasının qarşısında hərbi maşınların partlaması nəticəsində azı 29 nəfər ölüb, 61 nəfər yaralanıb.

17 fevralda doğulanlar:
1956-cı ildə general-mayor, Birinci Qarabağ müharibəsi iştirakçısı Əli Kazımov, 1975-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Qasımov, 1854-cü ildə yazıçı, dramaturq Nəcəf bəy Vəzirov, 1895-ci ildə şair Əliağa Vahid, 1926-cl ildə aktrisa, xalq artisti Sofiya Hüseynova, 1943-cü ildə sabiq müdafiə naziri və keçmiş deputat Rəhim Qazıyev, 1965-ci ildə sabiq futbolçu və baş məşqçi Nazim Süleymanov dünyaya gəlib.

Həmçinin, bu tarixdə 1905-ci ildə eston güləşçi Osvald Kyapp, 1918-ci ildə misirli müğənni Leyla Murad, 1963-cü ildə amerikalı basketbolçu Maykl Cordan və amerikalı müğənni Peris Hilton, habelə 1991-ci ildə ingilis müğənni Ed Şiran doğulub.

17 fevralda vəfat edənlər:
1673-cü ildə fransız dramaturq Molyer, 1827-ci ildə isveçrəli pedaqoq İohann Pestalotsi, 1856-cı ildə alman şair Henrix Heyne, 1916-cı ildə publisist Haşım bəy Vəzirov, 1926-cı ildə şairə Mədinə Gülgün, 1970-ci ildə dövlət xadimi Mir Teymur Yaqubov, 1972-ci ildə yapon yazıçı Tayko Hirabayaşi, 2005-ci ildə aktrisa, xalq artisti Nataliya Tağıyeva, 2008-ci ildə türkiyəli aktrisa Aysel Gürəl vəfat edib.

Pərviz
 

0