Tarixin səhifələrində 18 fevraldayıq.
Hit.az xəbər verir ki, 18 fevral tarixi dünya və Azərbaycan tarixində müxtəlif əlamətdar hadisələr, görkəmli şəxsiyyətlərin doğumu və vəfatı ilə yadda qalmış günlərdən biridir.
Bu tarix müxtəlif dövrlərdə siyasi dəyişikliklərə, elmi kəşflərə, mədəni yeniliklərə və cəmiyyət həyatında iz buraxan hadisələrə şahidlik edib. Həmçinin, 18 fevral bir çox tanınmış simaların dünyaya gəldiyi, eləcə də bəzi görkəmli şəxslərin həyatının başa çatdığı gün kimi tarix səhifələrində öz yerini tutub. Beləliklə, tarixin 18 fevralına nəzər salırıq...
18 fevralda nələr baş verib?
1960-cı ildə VIII Qış Olimpiya Oyunları Palisades Tahoda keçirilib. 1965-ci ildə Qambiya Böyük Britaniyadan ayrılaraq müstəqilliyini elan edib. 2003-cü ildə Cənubi Koreyanın Tequ şəhərində metro qatarının qəsdən yandırılması nəticəsində 192 nəfər həlak olub. 2004-cü ildə İranın Nişapur şəhəri yaxınlığında kükürd, benzin və gübrə daşıyan yük qatarının alışması və partlaması nəticəsində 295 nəfər, o cümlədən 200-ə yaxın xilasedici ölüb.
18 fevralda doğulanlar:
2001-ci ildə Vətən Müharibəsi Qəhrəmanı Azər Abdullazadə, 1201-ci ildə filosof və astronom Nəsirəddin Tusi, 1924-cü ildə aktyor Osman Hacıbəyov və 2000-ci ildə aparıcı Mübariz Zəki dünyaya gəlib.
Həmçinin, 1516-cı ildə İngiltərə və İrlandiya kraliçası I Mariya, 1745-ci ildə italiyalı fizik Alessandro Volta, 1838-ci ildə avstriyalı fizik Ernst Max, 1931-ci ildə amerikalı yazıçı Toni Morrison, 1933-cü ildə yapon rəssam Yoko Ono, 1954-cü ildə amerikalı aktyor Con Travolta, 1956-cı ildə Gürcüstanın Baş naziri Bidzina İvanişvili, 1975-ci ildə Moldova Prezidenti İqor Dodon və 1980-ci ildə rumıniyalı müğənni Çezar doğulub.
18 fevralda vəfat edənlər:
1294-cü ildə Monqol imperiyası xaqanı Xubilay xan, 1405-ci ildə Teymurilər əmiri Əmir Teymur, 1564-cü ildə italiyalı heykəltəraş, rəssam, memar və şair Mikelancelo, 1937-ci ildə gürcü siyasətçi Serqo Orconikidze, 1963-cü ildə opera müğənnisi Əli Zülalov, 1967-ci ildə fizik Robert Oppenheymer, 1985-ci ildə aktyor, əməkdar artist Əzizağa Qasımov və 2021-ci ildə rus aktyor Andrey Myaqkov dünyasını dəyişib.
Pərviz


