Tarixin 19 fevralı...

MARAQLI
16:00 / 19.02.2026
79

Tarixin vərəqlərində 19 fevraldayıq.

Hit.az bildirir ki, bu tarixdə də bir sıra mühüm hadisələr baş verib.

Həmçinin, 19 fevralda da ölkəmizdə və dünyada çox sayda tanınmış və görkəmli şəxslər dünyaya gəlib. Eyni zamanda, bir çox mühüm şəxsin də aramızdan ayrıldığı gün məhz 19 fevrala təsadüf edir. Elə isə tarixin 19 fevralına nəzər salaq...

19 fevralda baş verənlər:

1878-ci ildə Tomas Edison fonoqrafı patentləşdirib. 1945-ci ildə İkinci Dünya müharibəsi zamanı İoşima döyüşü baş veriib. 2020-ci ildə İran və Şotlandiyada ilk dəfə COVID-19 qeydə alınıb.

19 fevralda doğulanlar:

1921-ci ildə tarzən Məmmədağa Muradov, 1949-cu ildə sabiq futbolçu və baş məşqçi Rafiq Əlizadə, 1959-cu ildə jurnalist Tatyana Çaladze, 1987-ci ildə sabiq futbolçu və baş məşqçi Ziyadov Ağa dünyaya gəlib.

Həmçinin, 1473-cü ildə polşalı astronom Nikolay Kopernik, 1743-cü ildə italiyalı bəstəkar Luici Bokkerini, 1856-cı ildə alman filosof Rudolf Ştammler, 1940-cı ildə Türkmənistanın birinci prezidenti Saparmurat Niyazov, 1977-ci ildə italiyalı sabiq futbolçu və baş məşqçi Cianluka Zambrotta, 1993-cü ildə argentinalı futbolçu Mauro İkardi, 1998-ci ildə amerikalı müğənni Çapel Ron doğulub.

19 fevralda vəfat edənlər:

1993-cü ildə Milli Qəhrəman Yusif Mirzəyev və Milli Qəhrəman Vəzir Sədiyev Birinci Qarabağ müharibəsi zamanı şəhid olublar.

Dünyada isə 1605-ci ildə italiyalı bəstəkar Orasio Vekki, 1837-ci ildə alman yazıçı Georq Büxner, 1916-cı ildə avstriyalı fizik Ernst Max, 1951-ci ildə fransız yazıçı Andre Jid, 1952-ci ildə norveçli yazıçı Knut Hamsun və 2016-cı ildə italiyalı yazıçı Umberto Eko vəfat edib.

Pərviz


 

0