Tarixin 20 fevralı...

MARAQLI
16:00 / 20.02.2026
106

Tarixin səhifələrində 20 fevraldayıq.

Hit.az bildirir ki, Dünya Sosial Ədalət Günü kimi də qeyd olunan gün bir çox mühüm hadisə ilə yadda qalıb. 

Müharibələr, yeni qurulan diplomatik əlaqələr, müxtəlif sahələrdən dünyaya gələnlər, habelə aramızdan ayrılanlar. 20 fevral bir çox hadisə ilə xarakterizə olunur. Elə isə çox uzatmadan tarixin 20 fevralına nəzər salaq...

20 fevralda nələr baş verib?

1988-ci ildə Azərbaycan və Ermənistan arasında Qarabağ müharibəsi başlayıb. 1992-ci ildə Azərbaycan, Almaniya, Avstriya və Estoniya arasında diplomatik əlaqələr qurulub. 1996-cı ildə isə Azərbaycan və Sloveniya arasında diplomatik əlaqələr qurulub. 1920-ci ildə Gürcüstanın Qori şəhərində zəlzələ baş verib. 1944-cü ildə İkinci Dünya müharibəsi zamanı ABŞ bombardmançılarının Almaniya təyyarə istehsal mərkəzlərinə hücum ediblər.

20 fevralda doğulanlar:
Azərbaycandan başlayaq: 1928-ci ildə şair Əliağa Kürçaylı, 1938-ci ildə xalq artisti, xanəndə Arif Babayev, 1960-cı ildə aktyor, əməkdar artist Adil Zeynalov dünyaya gəlib.

1358-ci ildə Kastiliya və Leon kraliçası Araqonlu Eleonora, 1902-ci ildə amerikalı fotoqraf Ansel Adams, 1926-cı ildə amerikalı yazıçı Riçard Metison, 1949-cu ildə türkiyəli deputat Adnan Qəhvəci, 1951-ci ildə Böyük Britaniyanın baş naziri Qordon Braun, 1966-cı ildə amerikalı aktrisa və model Sindi Krouford, 1988-ci ildə barbadoslu pop müğənnisi Rihanna və 1990-cı ildə italiyalı futbolçu Çiro İmmobile kimi məşhurlar doğulub.

20 fevralda vəfat edənlər:

1917-ci ildə Qafqaz müftisi Mirzə Hüseyn Qayıbzadə, 1984-cü ildə bəstəkar Fikrət Əmirov, 1999-cu ildə balerina Leyla Vəkilova, 2014-cü ildə aktrisa Firəngiz Şərifova, 2023-cü ildə isə aktyor, xalq artisti Ramiz Novruz dünyasını dəyişib.

Dünyada isə 1513-cü ildə Danimarka, İsveç və Norveç kralı I Con, 1790-cı ildə Roma İmperatoru II İosif, 1977-ci ildə Başqırdıstan şairi Rami Qaripov, 1996-cı ilə yapon bəstəkar Toru Takemitsu və 2021-ci ildə rusiyalı diplomat Vaqif Qarayev vəfat edib.

Pərviz


 

0