Tarixin 23 fevralı...

MARAQLI
16:00 / 23.02.2026
118

Tarixin səhifələrində 23 fevraldayıq.

Hit.az bildirir ki, bu tarixdə bir sıra əhəmiyyətli hadisələr baş verib.

Həmçinin, 23 fevral tarixi bir çox fərqli sahədən olan tanınmış şəxslərin dünyaya gəldiyi gündür. Eyni zamanda, bu tarix çox sayda mühüm şəxsiyyətin isə aramızdan ayrıldığı gün kimi xatırlanır. Elə isə tarixin 23 fevralına daha yaxından nəzər salaq...

23 fevralda nələr baş verib?

1941-ci ildə Plutonium ilk dəfə Qlenn Teodor Siborq tərəfindən istehsal və təcrid edilib. 1947-ci ildə Beynəlxalq standartlaşdırma təşkilatı təsis edilib. 1954-cü ildə isə uşaqların poliomielitə qarşı ilk kütləvi Solk peyvəndi Pitsburqda başlayıb.

23 fevralda doğulanlar:

1970-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Tahir Həsənov, 1911-ci ildə aktyor, xalq artisti Şəmsi Bədəlbəyli, 1938-ci ildə Milli Məclisin I, II, III, IV, V və VI çağırış deputatı, Ağsaqqallar Şurasının sabiq sədri Fəttah Heydərov, 1940-cı ildə arxeoloq Fərman Mahmudov, 1946-cı ildə futbolçu və baş məşqçi Anatoli Banişevski, 1973-cü ildə aktyor-aparıcı Azər Axşam, 1976-cı ildə futbolçu Rafael Əmirbəyov, 1978-ci ildə müğənni, əməkdar artist Lalə Məmmədova və 1980-cı ildə aktrisa Firuzə Balayeva doğulub.

Dünyada isə 1417-ci ildə Roma Papası II Pavel, 1443-cü ildə Xorvatiya və Macarıstan kralı I Matyaş, 1876-cı ildə livanlı bəstəkar Vədi Səbra, 1878-cü ildə tatarıstanlı yazıçı Ayaz İshaki, 1899-cu ildə alman yazıçı Erix Kestner, 1944-cü ildə rus aktyor Oleq Yankovski, 1954-cü ildə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko, 1960-cı ildə Yaponiya imperatoru Naruhito, 1992-ci ildə braziliyalı futbolçu Kazemiro, Braziliya futbolçusu və 1995-ci ildə amerikalı aktrisa Sion Moreno doğulub.

23 fevralda vəfat edənlər:

1921-ci ildə Azərbaycanın ilk kimyaçı alimi Mövsüm bəy Xanlarov, 1983-cü ildə aktyor, xalq artisti Hüseynağa Sadıqov, 2003-cü ildə aktyor, xalq artisti Həsənağa Turabov, 2010-cu ildə isə meyxanaçı Molla Məhəmməd dünyasını dəyişib.

Dünyada isə 1821-ci ildə ingilis şair Con Kits,1839-cu ildə rusiyalı dövlət xadimi Mixail Speranski, 1848-ci ildə ABŞ-nin 6-cı prezidenti Con Kuinsi Adams,1865-ci ildə alman riyaziyyatçı Karl Fridrix Qauss, 1945-ci ildə rus yazıçı Aleksey Tolstoy və 1955-ci ildə fransız şair Pol Klodel vəfat edib.

Pərviz

0