Hər nəsil özünəməxsus xüsusiyyətlərə malikdir. Lakin bir astroloqun fikrincə, müəyyən illərdə doğulan insanlar qarşılaşa biləcəyiniz ən maraqlı və yadda qalan şəxsiyyətlərdir.
HİT.az xəbər verir ki, bu barədə "Your Tango" yazıb.
Astroloq Sayi Avaninin sözlərinə görə, bu dörd doğum ili planetlərin xüsusi düzülüşü ilə seçilir. Bu kombinasiyalar insanlara güclü xarakter və qeyri-adi xüsusiyyətlər bəxş edir.
1982-ci il
1982-ci ildə doğulanların bir çoxunun ulduz xəritəsində Tərəzi bürcündə stelium (planetlərin toplanması), həmçinin eyni bürcdə retroqrad Mars mövcuddur. Bu səbəbdən onlar tez-tez ətrafındakılar üçün balans yaradan, barışdırıcı rolunda çıxış edirlər.
Oğlaq bürcündə yerləşən Cənub düyünü onlara güclü məsuliyyət hissi verir. Onların həyat yolu isə Şimal düyününün yerləşdiyi Xərçəng istiqamətinə – emosional açıqlığa doğru inkişaf etməyi tələb edir. Bu proses onları həm sağaldır, həm də insanlarla daha dərin bağ qurmağa imkan verir və nəticədə olduqca cazibədar edir.
1985-ci il
1985-ci ildə doğulanlar Əqrəb enerjisini daşıyırlar. Bu bürcdə yerləşən Saturn, Pluton və Cənub düyünü onların həyatını güc mübarizəsi və dərin transformasiyalarla müşayiət edir. Onlar güclü təsir bağışlayan, unudulmaz insanlardır.
Adətən çox intensiv xarakterə malik olurlar və həyat dərsləri onları zamanla daha sakit və yumşaq olmağa yönəldir. Erkən illərdə ağrılı təcrübələrə bağlılıq yaşasalar da, zaman keçdikcə həyatın daha sadə ola biləcəyini anlayırlar. Travmalarını sağalda bilsələr, ən müdrik və maraqlı həmsöhbətlərə çevrilirlər.
1990-cı il
Sayi Avaninin sözlərinə görə, 1990-cı ildə doğulanlar dünyaya fərqli prizmadan baxırlar. Onlar uğur barədə müəyyən təsəvvürlə böyüsələr də, yetkin həyatlarının əvvəlində bu təsəvvürlər dağılır.
Onlar güclü iş etikası və böyük məqsədlərə malikdirlər. Lakin Şir bürcündəki Cənub düyünü səbəbindən qürurları bəzən həqiqi hisslərini ifadə etməyə mane olur. Bu isə onları mürəkkəb və eyni zamanda olduqca maraqlı “tapmaca”ya çevirir.
1999-cu il
1999-cu ildə doğulanlar Dolça və Oxatan enerjilərinin birləşməsini daşıyırlar. Bu da onları qeyri-adi və çərçivədən kənar düşünən fərdlərə çevirir. Onlar çox vaxt “ağ qarğa” kimi seçilirlər.
Bu yol zahirən tənha görünsə də, əslində belə deyil. Onların etdikləri çox vaxt sonradan yeni norma halına gəlir. Şir bürcündə yerləşən Şimal düyünü onları diqqət mərkəzində olmağa sövq edir. Proqressiv ideyalarla birləşdikdə bu xüsusiyyət onları güclü lider və cəmiyyət üçün maraqlı fiqur edir.
Qeyd: Astrologiya, tarot, numerologiya, xiromantika, ekstrasensorika və oxşar praktikalar elmi sahələr hesab olunmur. Onlar qədim ənənələrə, inanclara və elmi araşdırmalarla təsdiqlənməmiş şərhlərə əsaslanır. Bu mövzular daha çox əyləncə xarakteri daşıyır və qərar qəbul edərkən etibarlı vasitə kimi qiymətləndirilməməlidir. Psixologiya və sağlamlıqla bağlı məsələlərdə hər zaman peşəkar mütəxəssislərə müraciət etmək tövsiyə olunur.
Samir


