Tarixin səhifələrində 24 fevraldayıq.
Hit.az xəbər verir ki, bu tarixdə də olduqca mühüm proseslər baş verib.
Xüsusilə yaxın tarixə damğa vuran Rusiya-Ukrayna müharibəsinin başlanğıcı məhz bu tarixə təsadüf edir. Lakin 24 fevral başqa hadisələr, doğumlar və ölümlərlə də xatırlanır. Beləliklə, tarixin 24 fevralını incələyirik...
24 fevralda nələr baş verib?
1992-ci ildə Azərbaycanla Səudiyyə Ərəbistanı, 1995-ci ildə isə ölkəmizlə Kamerun arasında diplomatik əlaqələr qurulub.
1739-cu ildə Karnal döyüşündə Əfşarlar dövlətinin rəhbəri Nadir şah Əfşar Böyük Moğol İmperiyasının padşahı Məhəmməd Şahı məğlub edib. 1910-cu ildə İsveçdə “Malmö” futbol klubu yaradılıb. 1973-cü ildə Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 2022-ci ildə Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.
24 fevralda doğulanlar:
1962-ci ildə Milli Qəhrəman, Xocalı soyqırımı şəhidi İnqilab İsmayılov, 1881-ci ildə şair, dramaturq, yazıçı Abdulla Şaiq, 1933-cü ildə aktyor Bahadur Əliyev, 1934-cü ildə xalq rəssamı Cəmil Müfidzadə, 1944-cü ildə kinorejissor Hafiz Fətullayev və televiziya rejissoru, əməkdar incəsənət xadimi Tariyel Vəliyev, 1956-cı ildə muğam ifaçısı, xalq artisti Səkinə İsmayılova, 1960-cı ildə sabiq futbolçu və baş məşqçi İqor Ponomaryov, 1990-cı ildə güləşçi Cəbrayıl Həsənov, 1992-ci ildə şahmatçı Vasif Durarbəyli dünyaya gəlib.
Dünyada isə 1788-ci ildə Danimarka və Norveç rəssamı Yohan Kristian Dal, 1877-ci ildə amerikalı rəssam Rudolf Qanz, 1895-ci ildə Osmanlı şahzadəsi Osman Fuad Əfəndi, 1932-ci ildə fransız bəstəkar Mişel Leqran, 1955-ci ildə ABŞ biznes maqnatı, sənaye dizayneri, investor və media sahibi Stiv Cobs, 1966-cı ildə amerikalı aktyor Billi Zeyn və 1977-ci ildə amerikalı aktyor Floyd Mayvezer doğulub.
24 fevralda vəfat edənlər:
1836-cı ildə macar şair Daniel Berjenyi, 1856-cı ildə rus riyaziyyatçı Nikolay Lobaçevski, 1910-cu ildə Osmanlı arxeoloqu və rəssamı Osman Hamdi Bəy, 1942-ci ildə alman siyasətçi Anton Dreksler, 1954-cü ildə macar dramaturq Ferens Herçeq, 1990-cı ildə İtaliyanın 7-ci prezidenti Alessandro Pertini, 2001-ci ildə amerikalı riyaziyyatçı Klod Şennon vəfat edib.
Pərviz


