Təbiət tarixinin dərinliklərinə baxdıqda, bu günün nəhəng pitonları adeta oyuncaq kimi görünür. Hal-hazırda maral və ya timsah udan ilanlar bizdə dəhşət yaratsa da, təxminən 60 milyon il əvvəl yaşayan nəhəng sürünənlərin yanında olduqca kiçik qalırlar.
HİT.az xəvər verir ki, dinozavrlardan sonra bugünkü Kolumbiya və Hindistan ərazilərində hökm sürən bu sürünənlər təxəyyülü zorlayan boylara çatırdı. 2000-ci illərin əvvəllərində Kolumbiyada kömür mədənlərində işləyən tədqiqatçılar yüzlərlə fosil tapıblar. Onlardan biri əvvəlcə timsah qalığı sanılsa da, diqqətli araşdırmalar nəticəsində Titanoboa adlı tarixdəki ən böyük ilanlardan birinə aid olduğu məlum olub.
Titanoboa təxminən 14 metr uzunluğa və bir tondan çox çəkiyə sahib olub. Yollarda gördüyünüz böyük bir TIR qoşqusu qədər uzun, bir gərgədanın yarısı qədər ağır bu canlı, tropik bataqlıqların mutlaq hakimi olmuşdu.
2024-cü ildə Hindistanda tapılan yeni fosillər isə Titanoboaya ciddi rəqib çıxarıb: Vasuki indicus. Təxminən 47 milyon il əvvəl yaşamış bu ilan, bir omurun genişliyi ilə insan kürəyinin iki qatından böyük olub və hesablamalara görə 15 metrə qədər uzana biləb. Bu rəqəm, yılan dik dayana bilsəydi, onu hətta bir Brachiosaurus-dan uzun edirdi. Hər iki nəhəngin əsas qidası isə balıqlar və ilkin balinalar olub.
Bu gün ən uzun ilanlar nadir hallarda 7–8 metrə çatır. Bu fərqin əsas səbəbi temperaturdur. Soyuqqanlı canlılar olan ilanların bədən istiliyi ətraf mühitə bağlıdır. Milyonlarla il əvvəl dünya bu gündən çox daha isti və rütubətli idi, bu da bu nəhəng canlıların böyüməsinə şərait yaratmışdı.
Qlobal istiləşmə ilə bəzilərinin “Acaba bu nəhənglər geri dönərmi?” sualını verməsi mümkündür, lakin alimlər bunu mümkün saymır. İnsan fəaliyyətindən yaranan sürətli iqlim dəyişikliyi, canlıların bu nəhəng boylara yenidən çatmasına vaxt vermir.
Buna baxmayaraq, bugünün nəhəng pitonları hələ də ürküdücüdür, sadəcə Vasuki və Titanoboa səviyyəsində deyil.
Samir


