Tarixin 25 fevralı...

MARAQLI
16:00 / 25.02.2026
86

Tarixin səhifələrində 25 fevraldayıq...

Hit.az bildirir ki, bu gündə də ölkəmizdə və dünyada bir çox mühüm hadisələr baş verib.

Azərbaycan tarixinin ən kədərli günlərindən biri də məhz 25 fevrala təsadüf edir. Çünki Xocalı Soyqırımı 25 fevraldan 26-sına keçən gecə törədilmişdi. Yəni kifayət qədər ağrılı, acılı tarixlərdən biridir. Ona görə də sözü uzatmadan tarixin 25 fevralına nəzər salaq...

25 fevralda başqa nələr baş verib?

1992-ci ildə Azərbaycan və Yəmən arasında diplomatik əlaqələr qurulub. 1916-cı ildə Verden döyüşündə Almaniya qoşunları Fransa müdafiəsinin əsas yeri olan Fort Duomonu döyüşsüz ələ keçiriblər. 1918-ci ildə Almaniya qüvvələri Estoniyanın işğalını başa çatdırmaq üçün Tallini zəbt ediblər. 1921-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şiddətli döyüşlərdən sonra işğalçı Rusiya qoşunlarının əlinə keçdi və ruslar Gürcüstan Sovet Sosialist Respublikasını elan etdilər. 1945-ci ildə futbol üzrə Argentina yığması Amerika Kubokunda çempion olub. 1991-ci ildə Varşava Müqaviləsi ləğv olunub.

25 fevralda doğulanlar:

1906-cı ildə Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərov, 1910-cu ildə rəssam Rüstəm Mustafayev, 1926-cı ildə dövlət xadimi Tofiq Bağırov, 1929-cu ildə qoboyçalan, əməkdar incəsənət xadimi Azər Abdullayev, 1958-ci ildə atıcı İradə Aşumova dünyaya gəlib.

Dünyada isə 1834-cü ildə avstraliyalı yazıçı Luiza Atkinson, 1871-ci ildə ukraynalı şair Lesya Ukrainka, 1873-cü ildə italiyalı opera müğənnisi Enriko Karuzo, 1917-ci ildə ingilis yazıçı Entoni Börcess, 1935-ci ildə türkiyəli kimyaçı, professor Oqtay Sinanoğlu, 1959-cu ildə rus kinorejissor Aleksey Balabanov, 1964-cü ildə ingilis aktyor Li Evans, 1976-cı ildə amerikalı aktrisa Rəşidə Cons və 1999-cu ildə italiyalı futbolçu Canluici Donnarumma doğulub.

25 fevralda vəfat edənlər:

1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev və Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlif Hacıyev şəhid olublar.

Həmçinin, 2015-cı ildə filoloq Həsən Mirzə, 2016-cı ildə Xalq artisti, müğənni İlhamə Quliyeva,  2019-cu ildə Naftalan şəhər İcra başçısı Rövşən İbrahimov, 2022-ci ildə Xalq artisti, xanəndə Əlibaba Məmmədov vəfat edib.

Dünyada isə 1495-ci ildə Osmanlı sultanı Cem Sultan, 1558-ci ildə Fransa və Portuqaliya kraliçası Avstraliyalı Eleonora, 1970-cı ildə amerikalı rəssam Mark Rotko, 2010-cu ildə rus aktyor Vladislav Qalkin vəfat edib.

Pərviz

0