Tarixin 2 martı...

MARAQLI
16:00 / 02.03.2026
144

Tarixin vərəqlərində artıq mart ayındayıq.

Hit.az bildiri ki, bu dəfə 2 mart tarixinə nəzər salacağıq.

Bu tarixdə də ölkə və dünya gündəmində bir çox mühüm proseslər yaşanıb. Həmçinin, çox sayda tarixi şəxsiyyətin doğum, bir o qədərinin də ölüm günü martın 2-nə təsadüf edir. Beləliklə, tarixin 2 martına daha yaxından baxaq...

2 martda nələr olub?

1992-ci ildə Azərbaycan BMT-nin üzvlüyünə qəbul olunub. 1995-ci ildə Azərbaycan və Burundi arasında diplomatik əlaqələr qurulub. 2020-ci ildə Andorra, İndoneziya, Latviya, Mərakeş, Portuqaliya, Seneqal, Səudiyyə Ərəbistanı və Tunisdə ilk dəfə koronavirusa yoluxma qeydə alınıb.

2 martda doğulanlar:

1960-cı ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Məzahir Rüstəmov, 2001-ci ildə Milli Qəhrəman, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov, 1828-cü ildə tarixçi və şair Əhməd bəy Cavanşir, 1869-cu ildə neftçi, Əmək qəhrəmanı Piri Quliyev, 1975-ci ildə kinorejissor İlqar Nəcəf dünyaya gəlib.
 
Dünyada isə 1459-cu ildə Roma papası VI Adrian, 1800-cü ilin rus şair Yevgeni Baratınski, 1824-cü ildə çexiyalı bəstəkar Bedrjix Smetana, 1876-cı ildə Roma papası XII Piy, 1886-cı ildə Osmanlı şahzadəsi Ömər Hilmi Əfəndi, 1926-cı ildə amerikalı iqtisadçı Mürrey Rotbard, 1931-ci ildə SSRİ-nin son prezidenti Mixail Qorbaçov, 1937-ci ildə Əlcəzair prezidenti Əbdüləziz Buteflika, 1942-ci ildə İranın sabiq baş naziri Mir Hüseyn Musəvi, 1962-ci ildə amerikalı müğənni Con Bon Covi və 1977-ci ildə ingilis müğənni Kris Martin doğulub.

2 martda vəfat edənlər:

Ölkəmizdə 1961-ci ildə dövlət xadimi Əkbər ağa Şeyxülislamov, 1976-cı ildə kinorejissor Rauf Kazımovski, 2018-ci ildə bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbər, 2023-cü ildə ilahiyyatçı Hacı Şahin vəfat edib.


Xaricdə isə 1834-cü ildə İngiltərə, İrlandiya və Şotlandiya kraliçası Danimarkalı Anna, 1930-cu ildə ingilis yazıçı David Lavrens, 1949-cu ildə Osmanlı generalı Nuru Paşa, 1965-ci ildə Gürcüstan şahzadəsi Mixail Sereteli, 1973-cü ildə polşalı heykəltaraş Alina Şapoçnikov və 2007-ci ildə fransız yazıçı Anri Truaya dünyasını dəyişib.

Pərviz
 

0