Mavi artıq dəbdə deyil: bu yaz hamının seçəcəyi 5 cins rəngi

MARAQLI
21:00 / 04.03.2026
39

2026-cı ilin yazında denim faktiki olaraq yenilənmə dövrünü yaşayır. Dizaynerlər klassik mavi çalarlardan uzaqlaşaraq daha cəsarətli seçimlər təklif edirlər.

Hit.az-ın məlumatına görə, moda həftələrinin podiumları göstərib ki, bu mövsüm cinslər artıq sadəcə baza elementi deyil, obrazın əsas aksentinə çevrilir. “Glamour” nəşrinin yazdığına görə, gündəlik qarderoba asanlıqla uyğunlaşdırıla bilən bir neçə gözlənilməz rəng trendə çevrilib:

Boz

Hazırda ulduzların tez-tez üstünlük verdiyi boz cinslər mavi rəngə əsas alternativ və “yeni neytral” sayılır. Açıq boz modellər ağ köynəklərlə mükəmməl uyğunlaşır, tünd çalarlar isə qara ilə birlikdə daha kəskin və ifadəli görünüş yaradır.

Pastel çəhrayı

Zərif çəhrayı cinslər yaz əhval-ruhiyyəsi qatır və təravətli görünür. Onlar qəhvəyi trençkotlar, jaketlər və ya baza toplarla ideal uyğunlaşaraq səliqəli, lakin qeyri-adi kombin yaradır.

Ağ cinslər dəyişməz klassika olaraq qalsa da, bu mövsüm yeni nəfəs qazanıb. Bu, istənilən obrazı daha zərif göstərən universal seçimdir. Nəşr onları eleqant baza geyimlərlə kombin etməyi tövsiyə edir.

Parlaq rənglər

Hazırda trenddə mavi rəngin klassik olmayan bütün çalarları var: məsələn, firuzəyi, akvamarin və ya doymuş kobalt. Bu cinslər rəng eksperimentləri və kontrastlı kombinlər üçün ideal hesab olunur.

Qəhvəyi

Qəhvəyi cinslər mövsümün əsas trendləri sırasında möhkəmlənib. Onlar xüsusilə monoxrom obrazlarda və ya digər neytral rənglərlə birlikdə daha uğurlu görünür.

Samir

0