Türkiyədə keçən həftənin ən çox baxılan serialları bəlli olub.
Hit.az xəbər verir ki, 23 fevral – 1 mart tarixləri arasında “Total” kateqoriyasında ən yüksək reytinqi “Uzak Şehir” toplayıb.
“Sevdiğim Sensin” inanılmaz bir yüksəlişə imza ataraq həftənin ən çox izlənilən ikinci serialı olub. “A.B.İ.” uzun zaman sonra 4-cü sıraya geriləyib. “Gönül Dağı” yenidən onluğa daxil olub. “Halef: Köklerin Çağrısı” isə 9-cu sıraya enib. “Taşacak Bu Deniz” isə bu həftə yayımlanmayıb.
Beləliklə, ötən həftənin ən reytinqli serialları aşağıdakılardır:
1. “Uzak Şehir” – “Kanal D”
2. “Sevdiğim Sensin” – “Star”
3. “Güller ve Günahlar” – “Kanal D”
4. “A.B.İ.” – “ATV”
5. “Kızılcık Şerbeti” – “Show TV”
6. “Yeraltı” – “Now TV”
7. “Eşref Rüya” – “Kanal D”
8. “Teşkilat” – “TRT1”
9. “Halef: Köklerin Çağrısı” – “Now TV”
10. “Gönül Dağı” – “TRT1”.
Aslan


