Tarixin 4 martı...

MARAQLI
15:30 / 04.03.2026
107

Tarixin vərəqlərində 4 martdayıq.

Hit.az bildirir ki, bu tarix ölkə və dünyada mühüm hadisələrlə yadda qalıb. 4 mart həm görkəmli şəxslərin doğulduğu, həm də vəfat etdiyi gün kimi də xatırlanır. Beləliklə, tarixin 4 martına nəzər salaq...

4 martda nələr baş verib?

2008-ci ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Ağdərə toqquşması baş verib. 1789-cu ildə ABŞ Konstitusiyası qüvvəyə minib. 1791-ci ildə Vermont ABŞ-nin 14-cü ştatı olub. 1941-ci ildə Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1980-cı ildə seçkidə qələbə qazanan Robert Muqabe Zimbabvenin ilk qaradərili baş naziri olub.

4 martda doğulanlar:

1968-ci ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Elşad Əhədov, 1973-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi Vüqar Ağayev, 1994-cü ildə Vətən Müharibəsi Qəhrəmanı, İkinci Qarabağ müharibəsi şəhidi Nail İbrahimli, 1985-cü ildə karateçi, Avropa və dünya çempionu Rafael Ağayev dünyaya gəlib. 

Dünyada isə 1875-ci ildə Macarıstanın ilk prezidenti Mixael Karoli, 1925-ci ildə fransız bəstəkar Pol Moria, 1938-ci ildə Qvineya prezidenti Alfa Konde, 1952-ci ildə italiyalı müğənni Umberto Totsi, 1986-cı ildə Cənubi koreyalı aktrisa Pak Min Yon, 1992-ci ildə alman futbolçu Bernd Leno doğulub.

4 martda vəfat edənlər:

2011-ci ildə aktyor, əməkdar artist Elçin Həmidov, 1916-cı ildə alman rəssam Mark Frans, 1963-cü ildə amerikalı şair Vilyam Karlos Vilyams, 1986-cı ildə Sovet şahmatçısı Lüdmila Rudenko, 2013-cü ildə yapon futbolçu Seki Matsunaqa və 2019-cu ildə Almaniyanın xarici işlər naziri Klaus Kinkel vəfat edib.

Pərviz


 

0