Tarixin vərəqlərində 5 martdayıq.
Hit.az xəbər verir ki, 5 mart bir hadisələrin baş verdiyi gün kimi xatırlanmaqdadır.
Bu tarixdə bir çox fərqli sahələrdən olan şəxsiyyətlər aramızdan ayrılıb. Eyni zamanda, dünyada iz qoymuş çox sayda şəxsin də doğum günü 5 marta təsadüf edir. Əvvəlcə onu qeyd edək ki, bu gün ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günüdür. İndi isə tarixə nəzər salaq...
5 martda nələr baş verib?
1872-ci ildə Corc Vestinqauz hava əyləcinin patentini alıb. 1970-ci ildə Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsi 43 ölkə tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minib. 1972-ci ildə Konqo milli futbol komandası Afrika Millətlər Kubokunuda çempion olub.
5 martda doğulanlar:
1888-ci ildə dövlət xadimi Cəmil bəy Vəzirov, 1919-cu ildə aktyor Məmmədsadıq Nuriyev, 1922-ci ildə matros, Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov, 1936-cı ildə ədəbiyyatşünas, professor Yaşar Qarayev, 1953-cü ildə aparıcı, əməkdar artist Gülşən Əkbərova, 1956-cı ildə Milli Məclisin sabiq deputatı Tahir Kərimli və eyni ildə xalçaçı-ekspert, professor Vidadi Muradov doğulub.
Həmçinin, 1133-cü ildə İngiltərə kralı II Henri Plantagenet, 1326-cı ildə Xorvatiya, Macarıstan və Polşa kralı I Böyük Lyudovik, 1918-ci ildə amerikalı iqtisadçı Ceyms Tobin, 1936-cı ildə Sovet futbolçusu, əməkdar idman ustası Vladimir Maslaçenko və 1974-cü ildə amerikalı aktrisa Eva Mendes dünyaya gəlib.
5 martda vəfat edənlər:
1994-cü ildə Milli Qəhrəman Mirələkbər İbrahimov Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. 1970-ci ildə rəssam, əməkdar incəsənət xadimi Reyhan Topçubaşova, 1993-cü ildə aktyor və rejissor Ceyhun Mirzəyev və 2010-cu ildə tətbiqi incəsənət ustası Sitarə Rəhimova dünyasını dəyişib.
Dünyada isə 1895-ci ildə rus yazıçı Nikolay Leskov, 1953-cü ildə SSRİ rəhbəri İosif Stalin, 1966-cı ildə rus şairi Anna Axmatova, 2013-cü ildə Venesuela prezidenti Uqo Çaves vəfat edib.
Pərviz


