Bu gün tarixin vərəqlərində 6 martdayıq.
Hit.az bildirir ki, tarixin bu günü də bir çox hadisə ilə yadda qalıb.
İstər siyasi, istər elmi, istərsə də digər sahələrdəki bəzi mühüm proseslər məhz 6 marta təsadüf edir. Eyni zamanda, görkəmli şəxlərinin bir çoxunun doğum və vəfat tarixləri də bu gündədir. Elə isə tarixin 6 martına daha yaxından nəzər salaq...
6 martda nələr baş verib?
1955-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə vəfat edib. 2015-ci ildə Bakı Olimpiya Stadionunun açılışı olub.1869-cu ildə Dmitri Mendeleyev ilk dövri cədvəli Rusiya Kimya Cəmiyyətinə təqdim edib. 1957-ci ildə Qana Böyük Britaniyadan müstəqillik qazanan ilk Qara Afrika ölkəsi olaraq tarixə düşüb. 1967-ci ildə SSRİ lideri İosif Stalinin qızı Svetlana Aliluyeva ABŞ-yə qaçıb.
6 martda doğulanlar:
1872-ci ildə general-mayor İbrahim ağa Usubov, 1994-cü ildə Aprel döyüşləri şəhidi Samir Kaçayev və 1939-cu ildə Milli Məclisin sabiq deputatı Ramiz Əhmədov dünyaya gəlib.
Həmçinin, 1475-ci ildə italiyalı rəssəm, heykəltaraş və şair Mikelancelo, 1926-cı ildə polşalı kinorejissor Anje Vayda, 1927-cı ildə kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes, 1937-ci ildə rusiyalı kosmonavt və deputat Valentina Tereşkova,1972-ci ildə rus idman şərhçisi Vasili Utkin, 1980-ci ildə türkiyəli həndbolçu Yeliz Özəl, 1989-cu ildə polşalı tennisçi Aqnyeşka Radvanska və 1996-cı ildə alman futbolçu Timo Verner doğulub.
6 martda vəfat edənlər:
1955-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə, 1984-cü ildə yazıçı, əməkdar incəsənət xadimi Yusif Əzimzadə və 2010-cu ildə aktyor Fərhad İsmayılov dünyasını dəyişib.
1754-cü ildə Böyük Britaniya baş naziri Henri Pelham, 1939-cu ildə alman riyaziyyatçı Karl Lindeman, 1982-ci ildə amerikalı yazıçı Ayn Rand, 1994-cü ildə gürcü kinorejissor Tengiz Abuladze, 2013-cü ildə rus aktyor Andrey Panin və 2016-cı ildə ABŞ-nin sabiq birinci xanımı və aktrisa Nensi Reyqan vəfat edib.
Pərviz


