Türkiyədə keçən həftənin ən çox baxılan serialları bəlli olub.
Hit.az xəbər verir ki, 2-8 mart tarixlərində “Total” kateqoriyasında ən yüksək reytinqə sahib serial yenə də “Uzak Şehir”dir.
“A.B.İ.” isə ardıcıl ikinci həftədir dördüncü olur. “Gönül Dağı”, “Veliaht”, “Kıskanmak” və “Sahtekarlar” kimi seriallar onluğa daxil ola bilməyib. Həmçinin, yeni başlayan “Doktor: Başka Hayatta” serialı da “TOP-10”-a düşməyib.
Beləliklə, ötən həftənin ən çox izlənilən serialları aşağıdakılardır:
1. “Uzak Şehir” – “Kanal D”
2. “Taşacak Bu Deniz” – “TRT1”
3. “Sevdiğim Sensin” – “Star”
4. “A.B.İ.” – “ATV”
5. “Güller ve Günahlar” – “Kanal D”
6. “Yeraltı” – “Now TV”
7. “Kızılcık Şerbeti” – “Show TV”
8. “Eşref Rüya” – “Kanal D”
9. “Teşkilat” – “TRT1”
10. “Halef: Köklerin Çağrısı” – “Now TV”.
Aslan


