Tarixin 10 martı...

MARAQLI
15:00 / 10.03.2026
110

Bu gün tarixin vərəqlərində 10 martdayıq.

Hit.az bildirir ki, bu gün də ölkəmiz və dünyamız üçün bir sıra hadisələrlə əlamətdardır. 

Əvvəla qeyd edək ki, 10 mart Azərbaycanda Milli Teatr Günüdür. Bundan əlavə, 10 mart başqa hadisələrlə də xatırlanır. Eyni zamanda, çox sayda görkəmli şəxsin doğum, bir o qədərinin də vəfat tarixi məhz 10 marta təsadüf edir. Elə isə tarixin 10 martına nəzər salaq...

10 martda nələr baş verib?
1735-ci ildə Gəncə yaxınlığında Nadir şah Əfşar və Rusiya arasında imzalanan müqaviləyə əsasən rus qoşunları işğal olunmuş ərazilərdən çıxarılıb. 1920-ci ildə Azərbaycan Qızıl Aypara Cəmiyyəti general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilib. 2002-ci ildə voleybol komandamız “Azərreyl” CEV Kubokunu qazanıb. 

Həmçinin, 1922-ci ildə Mahatma Qandi Hindistanda həbs edilib, 6 il həbs cəzasına məhkum edilib, ancaq appendisit əməliyyatına görə təxminən iki ildən sonra azadlığa buraxılıb. 1977-ci ildə astronomlar Uranın halqalarını kəşf ediblər.

10 martda doğulanlar:
1963-cü ildə Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Vüqar Mürsəlov, 1945-ci ildə müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993–2009), general-leytenant Rail Rzayev, 1894-cü ildə aktyor, xalq artisti Mustafa Mərdanov, 1915-ci ildə ölkəmizin ilk balerinası Qəmər Almaszadə, 1940-cı ildə xanəndə, xalq artisti Canəli Əkbərov və 1942-ci ildə filoloq, professor Novruzəli Məmmədov dünyaya gəlib.

Dünyada isə 1452-ci ildə Araqon, Kastilya, Neapol və Siciliya kralı II Ferdinand, 1503-cü ildə Müqəddəs Roma imperatoru I Ferdinand, 1772-ci ildə alman şair Fridrix Şleqel, 1845-ci ildə Rusiya imperatoru III Aleksandr, 1934-cü ildə fransız yazıçı Aleksandr Qlezer, 1938-ci ildə türk güləşçi Kazım Ayvaz, 1940-cı ildə amerikalı aktyor Çak Norris, 1958-ci ildə amerikalı aktrisa Şeron Stoun, 1981-ci ildə kamerunlu sabiq futbolçu Samuel Eto'o və 1988-ci ildə xorvat futbolçu İvan Rakitiç doğulub.

10 martda vəfat edənlər:
1878-ci ildə Azərbaycan dramaturgiyasının və ədəbi tənqidin banisi Mirzə Fətəli Axundov, 1965-ci ildə xalq yazıçısı Mehdi Hüseyn, 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin I-IV çağırış deputatı Çimnaz Aslanova, 1997-ci ildə İmam Mustafayev, 2000-ci ildə xalq rəssamı Nadir Qasımov və 2004-cü ildə xalq artisti, aktrisa Nəsibə Zeynalova vəfat edib.

Həmçinin, 1940-cı ildə rus yazıçı Mixail Bulqakov, 1982-ci ildə İran kraliçası Tacülmüluk, 1985-ci ildə Sovet rəhbəri Konstantin Çernenko və 2005-ci ildə isveçrəli ətraf mühit fəalı Bruno Manser dünyasını dəyişib. 

Pərviz

0