Tarixin vəqərlərində artıq 11 martdayıq.
Hit.az xəbər verir ki, 11 mart da bir çox mühüm hadisələrin yaşandığı gündür.
Bu tarixdə çox sayda əhəmiyyətli proses baş verib, görkəmli şəxsiyyətlər dünyaya göz açıb və tarixdə iz qoyan şəxslər gözlərini ədəbi yumublar. Beləliklə, tarixin 11 martına nəzər salırıq...
11 martda nələr baş verib?
1959-cı ildə Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilib. 1992-ci ildə Azərbaycan, Böyük Britaniya, Qvineya və Nigeriya arasında diplomatik əlaqələr qurulub. 1990-cı ildə Litva Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edib. 2006-cı ildə Çilinin ilk qadın prezidentinin Mişel Baçeletin andiçmə mərasimi keçirilib. 2020-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunu pandemiya elan edib.
11 martda doğulanlar:
1925-ci ildə Xalq artisti, aktyor Bəşir Səfəroğlu, 1941-ci ildə aktrisa Lütviyyə Səfərova, 1950-cı ildə Milli Məclisin IV, V və VI çağırış deputatı Aqiyə Naxçıvanlı, 1958-cı ildə Əməkdar artist, aktrisa Hicran Nəsirova, 1982-ci ildə Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev, 1991-ci ildə müğənni Çingiz Mustafayev və 2000-ci ildə futbolçu Vüsalə Seyfəddinova dünyaya gəlib.
Dünyada isə 1847-ci ildə İtaliyanın dövlət xadimi Sidney Sonnino, 1886-cı ildə türkiyəli general Kazım Orbay, 1916-cı ildə Böyük Britaniyanın baş naziri Harold Vilson, 1923-cü ildə Malta prezidenti Aqata Barbara, 1952-ci ildə ingilis yazıçı Duqlas Adams, 1963-cü ildə türkiyəli aktrisa Meral Konrat və 1978-ci ildə Kot-d'İvuar futbolçusu Didier Droqba doğulub.
11 martda vəfat edənlər:
1935-ci ildə türkiyəli siyasətçi Yusif Akçura, 1967-ci ildə türkiyəli şair Yusif Ziya Ortaç, 1979-cu ildə rəssam Əşrəf Muradoğlu, 2002-ci ildə amerikalı iqtisadçı Ceyms Tobin, 2006-cı ildə Yuqoslaviya prezidenti Slobodan Miloşeviç və 2016-cı ildə serbiyalı aktyor vəfat edib.
Pərviz


