Elektrik xətlərindəki sirli ağırlıqların məqsədi nədir?

MARAQLI
22:56 / 11.03.2026
41

Elektrik dirəklərinə və yüksək gərginlikli xətlərə baxanda tellərin üzərində asılı duran kiçik, boz və ağırlıq görünüşlü hissələr diqqəti çəkə bilər. İlk baxışda sadə ağırlıq kimi görünən bu cihazlar əslində enerji ötürücü xətlərin "vibrasiya amortizatorları"dır və xətlərin təhlükəsiz və fasiləsiz işləməsində həyati rol oynayır.

HİT.az xəbər verir ki, kiçik amortizatorlar küləyin yaratdığı titrəyişləri udaraq kabloların zədələnməsinin və qopmasının qarşısını alır. Güclü küləklər kabel üzərindən keçərkən yüksək tezlikli və sürətli titrəyişlər yaradır. Zamanla bu titrəyişlər metalın yorulmasına və bağlantı nöqtələrinin əyilməsinə səbəb olur, nəticədə xətlər qırıla bilər. Amortizatorlar bu enerjini öz üzərinə çəkərək paylayır və kabelin ömrünü uzadır, bir növ “zəebə uducu” kimi fəaliyyət göstərir.

Ən çox istifadə edilən növ “Stockbridge amortizatorlar”dır. Bu cihaz iki ucu metal ağırlıqlarla dolu qısa və elastik bir kabeldən ibarətdir və əsas xəttə bağlanır. Ortadakı elastik kabel sayəsində ağırlıqlar, küləyin yaratdığı titrəyişə əks istiqamətdə hərəkət edərək enerjini azaldır. Qeyd edək ki, yüksək gərginlikli xətlərin yaxınında eşidilən vızıltı səsi bu titrəyişlərlə deyil, elektrik axımı ilə əlaqəlidir.

Müasir texnologiya ilə bu dizaynlar inkişaf etməyə davam edir. Bu gün modellər müxtəlif külək sürətlərinə və vibrasiya tezliklərinə uyğunlaşmaq üçün müxtəlif çəkilərdə və ya uzunluqlarda istehsal olunur. Bundan əlavə, xüsusi korroziyaya davamlı örtüklər və hamar səthlər bu hissələrin illərlə bütün hava şəraitində işləməsini təmin edir.

Samir

0